AzMİU tələbələri “VIII Bakı Beynəlxalq Kitab Sərgisinə”ə ekskursiya ediblər [07.10.2022]

     “Hədəf 10%” proqramı çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbələri universitetin Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə “VIII Bakı Beynəlxalq Kitab Sərgisinə” ekskursiya ediblər.
     Ekskursiyan zamanı tələbələr müxtəlif kitablarla tanış olub, müəlliflərlə söhbət etmək imkanı qazanıblar. 
    Qeyd edək ki, ekskursiyanın məqsədi tələbələrin kitaba olan marağını daha da artırmaq, mütaliə mədəniyyətini təbliğ etmək, oxucuları nəşriyyat işi sahəsində olan rəqəmsal yeniliklərlə tanış etmək olub. 

 

07-10-2022