Tam ştatda işləyən bütün müəllimlərin nəzərinə!
Növbəti təqvim ili üçün ənənəvi olaraq Universitetimizdə “Daxili qiymətləndirmə” sistemi vasitəsi ilə tam ştatda olan müəllimlərin əmək haqqına bonus əlavə ediləcək.
Qiymətləndirmə sistemində 3 blok əsas götürülür:
- elmi-tədqiqat fəaliyyəti;
- professional inkişaf;
- rəhbərlik və tələbələrin qiymətləndirməsi.
Müəllimlər formanı doldurub, sübutedici sənədləri çap şəkilində Strateji planlaşdırma şöbəsinə (I korpus 306-cı otaq) təqdim etməlidirlər. Sənədlər formada göstərilən bütün kriteriyalara uyğun olmalıdır.
*LİNKƏ keçid edərək formanı yükləyə bilərsiniz.
Əlavə suallarla bağlı qeyd olunan otağa və yaxud 662 daxili nömrəsinə zəng edərək müraciət edə bilərsiniz. Bütün müraciətlər oktyabr ayının 15-dən noyabr ayının 15-dək olunmalıdır. Bu tarixdən sonra təqdim olunan sənədlərə baxılmayacaqdır.
Qeyd: İştirak üçün 1 dekabr 2021-ci il tarixindən 15 noyabr 2022-ci il tarixinədək əldə olunan sənəd və əsərlər qəbul olunur.