Təhsil naziri Emin Əmrullayev Bilkent Universitetinin rektoru ilə görüşüb [04.10.2022]

     Oktyabrın 3-də elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) dəvətilə ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Bilkent Universitetinin rektoru, professor Kürşat Aydoğan ilə görüşüb.
 
     Görüş zamanı Azərbaycanın ali təhsil müəssisələri ilə Bilkent Universiteti arasında əməkdaşlıq perspektivləri müzakirə edilib.

     Görüşdə AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova da iştirak edib. 

04-10-2022