AzMİU-da “Başlanğıc” adlı intellektual yarış keçirilib [27.09.2022]

     Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə 27 Sentyabr – Anım Gününə həsr olunmuş “Başlanğıc” adlı intellektual yarış keçirilib. İntellektual Oyunlar Klubları Şəbəkəsi çərçivəsində keçirilən oyunda digər universitetlərin də komandaları iştirak edib. Yarışda iştirakçılara vətənpərvərliklə bağlı suallar təqdim olunub.  
 

27-09-2022