AzMİU-nun müəllimi İtaliyada tədqiqat işi aparıb [23.09.2022]

     Azərbaycan Memarlıq və İnşaat Universitetinin  (AzMİU) "Mühit dizaynı" kafedrasının müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Elşad Əliyev 9-18 avqust 2022-ci il tarixlərində İtaliyanın Florensiya şəhərində elmi ezamiyyətdə olub. Səfər Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “EU4Culture” layihəsi çərçivəsində həyata keçirilib. 
     Səfər zamanı Elşad Əliyev Uffizi Qalereyasının kitabxana və arxivində, Florensiya Alman İncəsənət İnstitutunun və Milli Borgello Muzeyinin kitabxanalarında tədqiqat işi aparıb. Adıçəkilən elmi-mədəni müəssisələrdə bir neçə alimlə görüşlər və müzakirələr keçirilib, gələcək əməkdaşlıq haqqında ilkin razılıq əldə edilib. 
 

23-09-2022