II kurs magistrantların nəzərinə!

      Tədris planına müvafiq olaraq Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) təhsil alan II-ci kurs magistrantları sonuncu semestrdə 8 həftəlik Elmi-tədqiqat və Elmi-pedaqoji təcrübələrinə göndəriləcək.  
      Magistrant universitetin təyin etdiyi elmi-tədqiqat müəssisələrindən savayı, istədiyi tədqiqat müəssisəsində təcrübə keçmək imkanını həmin müəssisədə elmi-tədqiqat laboratoriyası olduğu halda əldə edə bilər.    
      Bunun üçün müəssisə tərəfindən universitetə təqdim olunan məktubun Təcrübə və Karyera Mərkəzinə təqdim edilməsi zəruridir. Yalnız aşağıdakı tələblərə cavab verilən məktublar qəbul ediləcək:
-    müəssisə magistrantın təhsil aldığı ixtisasa uyğun olmalı;
-    məktub rəsmi blankda, müəssisənin rəhbərliyi tərəfindən imzalanmış şəkildə, universitetin rektoruna müraciət formasında yazılmalı;
-    məktub mütləq şəkildə nömrələnməli;
-    məktubda magistrantın adı, soyadı, qrup nömrəsi və təcrübə keçəcəyi elmi-tədqiqat laboratoriyasının adı tam qeyd edilməli;
-    müəssisənin əlaqə nömrəsi, ünvanı məktubun üzərində dəqiq qeyd edilməlidir.
     Məktubların son qəbul tarixi:
     Pilot təcrübə proqramı çərçivəsində yönləndiriləcək magistrantlar üçün: 01.10.2022
     Ənənəvi təcrübə proqramı çərçivəsində yönləndiriləcək magistrantlar üçün: 28.12.2022
     Əlavə məlumat üçün AzMİU-nun Təcrübə və Karyera Mərkəzinə yaxınlaşmaq lazımdır (I korpus, IV mərtəbə, 403-cü otaq. Tel. 012-539-26-95)
 

19-09-2022