AzMİU-nun tələbələri açıq bankçılıq üzrə ilk hakatonun qalibi oldular [04.08.2022]

“Bank Respublika”-nın təşəbbüsü və təşkilatçılığı ilə ölkədə açıq bankçılıq üzrə ilk hakaton keçirildi. “Quantomania” adlı yarışmanın əsas məqsədləri proqramçı gənclərin rəqabət şəraitində biliklərini yoxlamasına, özünü tanıtmasına, müxtəlif proqram, innovativ məhsul və xidmətlərin meydana gəlməsinə şərait yaratmaq və ölkəmizdə açıq bankçılıq imkanlarının tədbiqinə təkan verməkdir.
Universitetimizin İnformasiya Texnologiyaları ixtisasının  ingilis dili bölməsi üzrə 3-cü kurs tələbələri Aytən Məmmədova və Mirələsgər Şabanov yarışmaya “Fuzzy Logic” komandasının tərkibində qatılmış və müsabiqədə 1-ci yeri tutaraq  5.000 AZN dəyərində pul mükafatı qazanmışlar.

Qeyd edək ki, yarışmaya qatılmaq üçün 40-a yaxın komanda müraciət etmiş və seçimlər nəticəsində 8 ən istedadlı və innovativ komanda finala çıxmışdır. 5-7 avqust tarixlərində baş tutmuş növbəti mərhələdə isə finalçılar 50 saat davam edən yarışmasında iştirak etmiş və münsiflər heyəti tərəfindən müxtəlif kriteriyalar üzrə qiymətləndirilərək Hackaton-nun 5 qalibi müəyyən olunmuşdur. Münsiflər heyətinin tərkibini ölkəmizdə fəaliyyət göstərən aparıcı İT, Fintech, təhsil sahəsi və özəl şirkətlərin rəhbərləri təşkil edirdilər.

05-09-2022