Holcim Azərbaycan AzMİU-da infosessiya keçirib [01.07.2022]

     Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Materialşünaslıq kafedrasının və İnnovativ Biznes İnkubator Mərkəzinin təşkilatçılığı ilə Holcim Azərbaycan ASC “Tikinti tullantılarının təkrar emalı” layihəsi üzrə işçi qrupunun təşkili və fəaliyyət planı haqqında müəllim və tələbə heyətinə infosessiya keçirib. Tədbirdə Holcim şirkətinin Şərqi Avropa üzrə direktoru Damien Rousseau, Holcim Azərbaycanın baş direktoru Xalid Samaka və texniki direktoru Əli Hüseynov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin Tullantıların idarə edilməsi sektorunun müdiri Mehman Nəbiyev və Dövlət Şəhərsalma və Arxitektura komitəsinin əməkdaşı Ramil Cahangirov iştirak edib. 
     İnfosessiyada layihənin inkişaf perspektivləri, istiqamətləri üzrə qarşılıqlı müzakirələr aparılıb. Sonda layihədə iştirak edəcək tələbələrin seçim prosesinin aparılması barədə ətraflı məlumat verilib. 


 

01-07-2022