AzMİU-nun tələbələri Creative Spark Big Idea müsabiqəsində finala vəsiqə qazanıb [22.06.2022]

                         
         Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbələri  Creative Spark Big İdea müsabiqəsinin finalına vəsiqə qazanıblar. Sevindirici haldır ki, ölkə üzrə finala vəsiqə qazanmış 9 layihədən 4-nün müəllifi SABAH-İnşaat fakültəsinin tələbəsi Rəvan Quliyev (TapTik), İnşaat fakültəsinin tələbəsi Aydan Muradlı (AY’s Wings), Memarlıq fakültəsinin 1-ci kurs tələbəsi Zəhra İsmayılova (Unist) və magistrant Aygün Quliyeva (ConWork) AzMİU-nun İnnovativ Biznes İnkubator Mərkəzinin rezidentləridir.
        Məlumat üçün qeyd edək ki, British Council şirkətinin Birləşmiş Krallığın London Metropolitan Universiteti ilə birlikdə keçirdiyi Creative Spark Big İdea müsabiqəsi 2022-ci ilin fevral ayında start götürüb. Müsabiqəyə Azərbaycandan AzMİU, ADA Universiteti, ADMİU, UNEC, ATMU, BMU, BMA, Xəzər Universiteti və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi qatılıb. Tələbələr müsabiqədə üç kateqoriya (Rəqəmsal texnologiya, Sosial təsir və kreativlik) üzrə yarışıblar. Ötən illərdə olduğu kimi, AzMİU bu il də müsabiqəyə 10 layihə ilə qoşulub, finala isə  4 layihəmiz vəsiqə qazanıb. 

04-07-2022