AzMİU-nun əməkdaşları Erasmus+ Mübadilə Proqramı çərçivəsində Bıdqoş Elm və Texnologiya Universitetində ezamiyyətdə olublar [01.05.2022]

     Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnformasiya texnologiyaları və sistemləri kafedrasının professoru Nailə Musayeva və İnnovativ Biznes İnkubator Mərkəzinin rəhbəri Nəsibə Əmirbəyova Avropa Birliyinin həyata keçirdiyi Erasmus+ Mübadilə Proqramı çərçivəsində Polşanın Bıdqoş Elm və Texnologiya Universitetinə ezamiyyətdə olublar. 
     21-29 may tarixlərində baş tutan səfərdə professor N.Musayeva universitetdə  “Küy qarışıq siqnalların emalı” və “Adekvat riyazi modellərin qurulması” mövzularında mühazirələr oxuyub. N.Əmirbəyova da universitetin İnkubator mərkəzinin fəaliyyət istiqamətləri, müəllim və tələbə heyətinin İnkubatora cəlbi və rezidentlərinin maliyyələşdirilməsi məsələləri ilə maraqlanıb, həmkarları ilə müzakirələr aparıb.
     Universitetlər arasında gələcək əməkdaşlığın inkişaf etdirilməsi məqsədi ilə Bıqdoş Elm və Texnologiya Universitetinin rektoru, professor Marek Adamski, tədris işləri üzrə prorektoru, professor Malgorzata Gotowska və “Telekommunikasiya, kompüter elmləri və elektrik mühəndisliyi” fakültəsinin dekanı, professor Tomasz Marciniak, “Telekommunikasiya və informatika” institutunun direktoru Piotr Kiedrowski, “Inkubator innowacyjności +” mərkəzinin rəhbəri Mateusz Wirwicki  ilə görüşlər təşkil olunub və gələcəkdə görüləcək işlər barədə ətraflı müzakirələr aparılıb. 


 

01-06-2022