2022/2023-cü tədris ili SABAH qruplarına tələbə qəbulu imtahan nəticələri! [01.06.2022]

     Hörmətli tələbələr,

     2022/2023-cü tədris ili üçün SABAH qruplarına tələbə qəbulu müsabiqəsinin  III mərhələsi olan müsahibə mərhələsinə keçmiş tələbələrin siyahısını buradan əldə edə bilərsiniz.

     Azərbaycan bölməsi üzrə keçid balı məntiq komponenti, ingilis bölməsi üzrə keçid balı məntiq və ingilis dili komponentləri əsas götürülməklə müəyyən olunmuşdur.

     Bildiririk ki, "Energetika mühəndisliyi", "Azərbaycan dili və ədəbiyyatı müəllimliyi", "Məktəbəqədər təhsil" və Radiotexnika və telekommunikasiya mühəndisliyi" ixtisasları üzrə müvafiq keçid balını toplamış tələbələrin sayı 15-dən az olduğundan bu ixtisaslar üzrə növbəti mərhələlərdə müsabiqə yaradılmayacaqdır.

    Tələbələr öz imtahan nəticələrini student.sabah.edu.az saytından şəxsi kabinetlərinə daxil olaraq əldə edə bilərlər. İxtisaslar üzrə tələbələrin müsahibə qrafikləri tezliklə sabah.edu.az saytında yerləşdiriləcəkdir.

03-06-2022