AzMİU-nun tələbələri DTX-nin Akademiyasının “Şöhrət” muzeyində olublar [27.05.2022]

     Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnşaat fakültəsinin dekan müavini Tural Əliyev, TGT-nin sədri Tacir İsmayılzadə və bir qrup tələbə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının “Şöhrət” muzeyinə ekskursiya ediblər. Tələbələr “Şöhrət” muzeyində ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətini əks etdirən fotostendlər və eksponatlarla tanış olublar.

    Burada nümayiş olunan unikal sənədlər, arxiv materialları Heydər Əliyevin həyat və fəaliyyətini, mənalı və şərəfli ömür yolunu əks etdirir. 
 

27-05-2022