AzMİU-nun dosenti Orhun Mübadilə Proqramı çərçivəsində Atatürk Universitetində mühazirə oxuyub [24.05.2022]

                   
           Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İqtisadi nəzəriyyə və marketinq kafedrasının dosenti Könül Ağayeva Türk Şurası Türk Universitetlər Birliyinin həyata keçirdiyi Orhun Mübadilə Proqramı çərçivəsində Türkiyənin Atatürk Universitetinə ezam olunub. 
          16-22 may tarixlərində gerçəkləşən səfərdə K.Ağayeva ingilis və türk dillərində tədris alan tələbələrə yeni üsullarla təşkil olunmuş “İqtisadiyyatın müasir problemləri” mövzusunda mühazirə oxuyub. AzMİU-nun müəllimi türk həmkarları ilə marketinq ixtisasının tədrisi istiqamətində təcrübəsini paylaşıb. 
          Eyni zamanda universitetlər arasında gələcək əməkdaşlığın inkişaf etdirilməsi məqsədi ilə Atatrük Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, professor Vedat Kaya, dekan müavini Gökhan Erkal, kafedra müdiri, professor Fatih Coşqun Ertaş, keyfiyyət koordinatoru, professor Bilal Yılmaz və Beynəlxalq əlaqələr şöbəsinin müdiri, professor Taşkın Özdaşla görüşlər təşkil olunub və gələcək işlər barədə müxtəlif müzakirələr aparılıb. 
 

25-05-2022