Əcnəbi Vətəndaşların Hazırlığı fakültəsinə qeydiyyat davam edir

Əcnəbi vətəndaşların hazırlığı fakültəsi

Əcnəbi tələbələrin təhsili dekanlığı

2022/2023-cü tədris ilindən əcnəbi vətəndaşların universitetə qəbulu portal.edu.az vasitəsilə aparılır.

04.05.2022-ci il tarixindən Əcnəbi Vətəndaşların Hazırlığı fakültəsinə qeydiyyat başlanılır.

Qəbul sənədləri :
- ATM rəhbərinin adına müqavilə
- orta, ali  təhsil haqqında sənəd (keçdiyi fənlərin siyahısı - transkript) müvafiq qaydada leqallaşdırılmış (apostil olunmuş)
- tibbi arayış. (COVİD-19 passport, QİÇS, Hepatit  B, C) 
- xarici pasport və ya şəxsiyyəti təsdiq edən sənəd.
-fəxri təltiflər,sertifikatlar,diplomlar və bu kimi sənədlərin surətləri 
Sadalanan sənədlər azərbaycan dilinə tərcümə olunmalı və notarius tərəfindən təsdiq edilməlidir.

Azərbaycan, rus və ya ingilis dilində orta məktəb bitirmələri haqqında diplom (attestat) təqdim edən xarici vətəndaşlar  Hazırlıq fakültəsində təhsil almadan universitetin 1-ci kursuna (memarlıq, dizayn ixtisasları istisna olmaqla) qəbul ola bilərlər. Əcnəbi vətəndaşların   dil  səviyyəsi universitet üzrə yaradılan müsahibə komissiyasında yoxlanılır və uyğun gəldiyi halda universitetə qəbul rəsmiləşdirilir.
İngilis dili üzrə İELTS  və ya TOEFL sertifikatları olduğu halda (Bakalavr səviyyəsi üçün -  İELTS 5.0 bal, TOEFL 40 bal;magistr səviyyəsi üçün  İELTS 5.5 bal, TOEFL50 bal)  dil yoxlamasından azaddırlar.

Ünvan: Bakı şəhəri, AZ 1073,  Ayna Sultanova küç, 11.
Əcnəbi Vətəndaşların Hazırlığı fakültəsi
Tel:        (+994 12) 510 21 09
Tel:        (+994 12) 432 52 26
Mob:        (+994 55) 478 64 44  (whatsapp, telegram)
e-mail:    [email protected]
 

02-11-2022