AzMİU THİK-in fəalları Şəhidlər Xiyabanını ziyarət ediblər

           Bu gün 20 yanvar faciəsinin 32-ci il ildönümü ilə əlaqədar anım günüdür. 32 ildir ki, Dağüstü parkdakı Şəhidlər xiyabanı və Azərbaycanın azadlığı uğrunda mübarizədə şəhid olanların xatirəsinə ucaldılmış "Əbədi məşəl" xatirə kompleksi xalqımızın ən möhtəşəm ziyarətgahına, ən müqəddəs and yerinə çevrilib. Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşəbbüsü ilə bir qrup tələbələr Şəhidlər Xiyabanını ziyarət edib şəhidlərimizin xatirəsini ehtiramla anıblar. 
           THİK-in üzvləri 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunları tərəfindən paytaxtda, eləcə də bölgələrdə qətlə yetirilən əliyalın insanlarımızın  – qocalar, qadınlar , gənclər, uşaqların uyuduğu Xiyabanda şəhidlərin məzarlarına tər qərənfillər düzüb, onların ruhuna dualar oxuyublar.

                 
 

26-01-2022