Universitetdə bayram şənliyi keçirilib

          Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə həsr olunmuş bayram şənliyi keçirilib.Tədbirdə rektorluq, fakültə dekanları, müəllimlər və tələbələr iştirak ediblər.  
          THİK-in sədri Bayram Aslanov giriş nitqi ilə xalqımızı Həmrəylik günü və Yeni il və münasibəti ilə təbrik edib, birliyimizin və müstəqilliyimizin əbədi olmasını arzulayıb. Universitetin Tədris işləri üzrə prorektoru Akif Qasımov da təbriklərə qoşulub, kollektivi Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il Bayramı münasibətilə təbrik edib, qış imtahan sessiyasında tələbələrə uğurlar arzulayıb.
         Bayram tədbiri tələbələrin ifasında müxtəlif rəqslər, müsiqi nömrələri ilə davam edib. 
 

08-01-2022