II kurs magistrların nəzərinə!

         

       Tədris planına müvafiq olaraq AzMİU-da təhsil alan II-ci kurs magistrantları sonuncu semestrdə 8 həftəlik Elmi-tədqiqat və Elmi-pedaqoji təcrübələrinə göndəriləcəkdir.

  Magistrant universitetin təyin etdiyi elmi-tədqiqat müəssisələrindən savayı, istədiyi tədqiqat müəssisəsində təcrübə keçmək imkanını yalnız, həmin müəssisədə elmi-tədqiqat laboratoriyası olduğu halda əldə edə bilər. 

        Bunun üçün müəssisə tərəfindən universitetə təqdim olunan məktubu Təcrübə və Karyera Mərkəzinə təqdim edilməsi zəruridir. Yalnız aşağıdakı tələblərə cavab verilən məktublar qəbul ediləcəkdir:

Müəssisə magistrantın təhsil aldığı ixtisasa uyğun olmalıdır.

Məktub rəsmi blankda, müəssisənin rəhbərliyi tərəfindən imzalanmış şəkildə, universitetin rektoruna müraciət formasında yazılmalıdır.
Məktub mütləq şəkildə nömrələnməlidir.
Məktubda magistrantın adı, soyadı, qrup nömrəsi və təcrübə keçəcəyi elmi-tədqiqat laboratoriyasının adı tam qeyd edilməlidir.

Müəssisənin əlaqə nömrəsi, ünvanı məktubun üzərində dəqiq qeyd edilməlidir.

20-10-2021