İlkin nəticələrə görə AzMİU-nun qəbul planı 88 faiz dolub


    2021-2022-ci tədris ili üzrə Azərbaycan Memarlıq və İnşaat Universitetinə (AzMİU) qəbul planında nəzərdə tutulmuş yerlər 88 faiz dolub. Universitetin Qəbul komissiyasından aldığımız məlumata görə, bu ilki tələbə qəbulunun ilkin nəticələrnə görə, 900 abituriyent dövlət sifarişi, 802 gənc isə ödənişli əsaslarla AzMİU-nun tələbəsi adını qazanıb.
    Fakültələrimiz arasında qəbul faizlərinə görə, hər il oduğu kimi, Memarlıq (96), Tikinti-iqtisad (96), Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri (99) fakültələri öndədirlər. Ən zəif göstərici İnşaat-texnologiya fakültəsində (44 faiz) qeydə alınıb.
    Qəbul planında 1, 2 və 5-ci ixtisas qrupları üzrə boş qalan yerlər üçün elan olunmuş müsabiqədə də abituriyentlərin bizim universiteti seçəcəyinə ümidvarıq. Məlumat üçün bildirək ki, 1-ci qrupda ölkə üzrə ümumi vakant yerlərin sayı 1 762, 2-ci qrupda 3048, 5-ci qrupda xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə 90-dır.
    Xatırladaq ki, ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçimi internet vasitəsilə sentyabrın 10-dək aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı, orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər.

16-10-2021