"Müasir Kolumbiyanın memarlığı: şəhər, ekoloji və sosial problemlər" adlı virtual vebinar keçiriləcək

          Kolumbiyanın Azərbaycandakı səfirliyi Kolumbiyanın Qana, Əlcəzair, Mərakeş, Misir, Cənubi Afrika, Keniya, Livan, Türkiyə, Rusiya, Birləşmiş ərəb əmirlikləri, Hindistan və İspaniyadakı səfirlikləri ilə birgə sizi 27 aprel saat 18: 00-da Bakı vaxtı ilə keçiriləcək "Müasir Kolumbiyanın memarlığı: şəhər, ekoloji və sosial problemlər" adlı virtual müzakirədə iştirak etməyə dəvət edir. Bu virtual söhbət Kolumbiya şəhər və ərazilərin son illərdəki perspektivini, və sosial, ekoloji, şəhərsalma və memarlıq arasında olan balansı Kolumbiya şəhərlərinin inkişafı ilə necə birləşdirdiyini göstərməyə çalışır. Müzakirədə, Lucrecia Piedrahíta və Édgar Mazo sənət və memarlıq arasında əlaqə haqqında mühazirəçi qismində iştirak edəcəklər. 

          Mövzular arasında "Şəhər Idarəçiliyi Və Davamlı Tikinti","Kolumbiyanın kənd mənzərəsi üçün memarlığa bir baxış" daxildir. Virtual müzakirəyə dəvət əlavədə yerləşdirilmişdir.

26-10-2021