Azərbaycan Memarlıq və İnşaat Universiteti 2021-ci il May ayının 21-22 tarixlərində İşğaldan azad olunmuş ərazilərdə fövqəladə hal riskləri mövzusunda Respublika Elmi-texniki Konfransı keçiriləcək
Konfransda Ermənistanın işğalından azad olunmuş Azərbaycan ərazilərində aşağıdakı sahələr üzrə yaranmış risklər və onların idarə olunmasına aid mövzularda məruzələr müzakirə olunacaqdır:
- Memarlıq abidələri və tarixi-arxeloji obyektlər üçün yaranmış risklər
- Hərbi əməliyyatlar və ərazilərin minalanması nəticəsində yaranmış risklər
- Ekoloji mənşəli təhlükəli risklər
- Ermənistan tərəfindən aparılan dag-mədən işlərindən yaranmış risklər
- Meşələrin yandırılması nəticəsində fauna və flora üçün yaranmış risklər
- Su resursları və hidrotexniki qurğular üçün yaranmış risklər
- Konfransın Proqramına orijinal tədqiqatların nəticələri və xülasələr daxil ediləcəkdir
- Tezislərin tərtibatına tələbatlar: Konfransın genişləndirilmiş məruzə tezisləri dərc olunacaqdır. Məruzə tezisləri həcmi -2 səhifəyədək , 1.5 intervalda, 14 şriftlə (Times New Roman), A4 formatda (soldan 3 sm, sagdan 1.5 sm, yuxarıdan 2.5 sm, aşağıdan 2 sm ) elektron formatda Azərbaycan dilində qəbul olunur. Məruzənin başlığı böyük hərflərlə , müəlliflərin adı, soyadı və iş yerlərinin adı ardıcıl sətirlərdə kiçik hərflərlə göstərilir. Elektron versiya E-mail vasitəsilə və ya diskdə təqdim oluna bilər.
- Tezislərin qəbulu və əlavə məlumatların verilməsi AzMİU-nun 2-ci korpusu, 10-cu mərtəbə, 2001-ci otaq, məsul katib Aytən Əhmədova
Telefonlar: +99412-5390775 (5-30), +99450-3207816,
E-mail: [email protected]
Məruzə tezislərinin təqdim olunması üçün son tarix: 10 may 2021-ci il
26-10-2021