Tələbələrin diqqətinə!

Almaniyanın Şmalkalden Universiteti AzMİU-nun müxtəlif təhsil səviyyələrindən olan tələbələrini 2021-2022-ci tədris ilinin payız semestrində Biznes və iqtisadiyyat, Kompüter elmləri, Mexanika mühəndisliyi, Elektrik mühəndisliyi sahələri üzrə təhsil almağa dəvət edir. Tələbələr minimum B2 ingilis dili səviyyəsinə malik olmalıdırlar.

Təhsil ödənişsizdir. Tələbə öz səfər və yaşayış xərclərini qarşılayır və universitetə yalnız 130 avro qeydiyyat xərci ödəyir.

Proqrama müraciət etmək istəyən tələbələr 23 aprel 2021 tarixinədək AzMİU-nun Xarici əlaqələr şöbəsinə müraciət etməlidirlər.

Keçiləcək dərslərin siyahısı: https://www.hs-schmalkalden.de/en/international/incoming-students/courses-for-incomings/exchange-students/wise-20212022.html

 

Prosedurlarla bağlı ətraflı məlumat: : https://www.hs-schmalkalden.de/en/international/incoming-students/application-and-enrollment.html?fbclid=IwAR2FBEkrSlZxrh-xgFSThYZUUYDOgdGfzH4CE8J2Xox49l_d5oz3R9oCkxw

 

 

17-03-2021