AzMİU-dan koronavirusla mübarizəyə dəstək

     Azərbaycan Memarlıq və İnşaat Universitetinin Elmi Şurasının virtual keçirilən iclasında universitetin hesabından COVİD-19 Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50  min manat vəsait köçürülməsi barədə qərar verilib.

     İclasda Şura üzvləri ölkə prezidenti İlham Əliyevin yeni növ virusla mübarizədə atdığı preventiv və effektiv addımları yüksək qiymətləndiriblər, həyata keçirilən yüksək təhlükəsizlik tədbirlərinin əhalinin sağlamlığının qorunmasına xidmət etdiyini xüsusi vurğulayıblar. AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova Şura üzvlərinə müraciət edərək hamını bu məsələdə həmrəy olmağa, dövlətin verdiyi qərarlara məsuliyyətlə yanaşmağa, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə əməl etməyə çağırıb.

     İclasın gedişatında rektor prorektorlara, kafedra müdirlərinə Universitetdə tədrisin onlayn rejimlərdə, elektron vasitələrlə təşkili ilə bağlı tapşırıqlar da verib.  

 

24-03-2020