Tələbələrimiz Enactus Azərbaycan “Qış məktəbi”ndə

               Azərbaycan Respublikasının Gənclər Fondu və BP Azərbaycan şirkətinin maliyyə dəstəyi ilə 28 fevral - 01 mart tarixlərində Park Inn by Radisson otelində Enactus Azərbaycan proqramı çərçivəsində 2020-ci il Enactus Azərbaycan “Qış məktəbi” keçirilir.

              Tələbələrdə biznes bacarıqlarını inkişaf etdirərək sahibkarlığın təşviq olunması məqsədi ilə həyata keçirilən Enactus Azərbaycan “Qış məktəbi”ndə biznes və startapların idarə olunması, biznes etikası, sosial və innovativ sahibkarlığa dair təlimlər yer alacaq.

            “Qış məktəbi”ndə universitetimizin Enactus komandası Beynəlxalq Proqramlara dəstək sektorunun müdiri İsa Muradov 15 nəfərlik tələbə heyəti ilə iştirak edir. 

28-02-2020