“Xocalı tələbələrin gözü ilə” rəsm sərgisi

     Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Sərgi salonunda Xocalı soyqırımının qurbanlarına həsr olunmuş “Xocalı tələbələrin gözü ilə” adlı foto, rəsm, plakat müsabiqə sərgisi açılıb. Sərgidə universitetin müxtəlif fakültələrinin tələbələrinin rəsmləri, plakatları nümayiş etdirilib. Sərginin açılışında professor-müəllim heyəti, tələbələr iştirak ediblər.

     Sərginin əsas məqsədi Xocalı soyqırımını tanıtmaq, gənclərin milli-mənəvi dəyərlərlə bağlı düşüncələri və vətənpərvərlik hisslərinin ifadəsi olaraq rəsmlərinin nümayiş etdirilməsi vasitəsi ilə həmyaşıdlarına təbliğini təmin etməkdir.

     Ümumilikdə sərgidə 60-a yaxın işi nümayiş olunub.

27-02-2020