ERASMUS+EQAC layihəsi çərçivəsində tələbələr üçün təlim keçirilib

     Fevralın 25-də AzMİU-da Avropa Komissiyasının maliyyələşdirdiyi ERASMUS+EQAC (Azərbaycan universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi) layihəsi çərçivəsində tələbələr üçün təlim keçirilib.

     Strateji planlaşdırma şöbəsinin müdiri Türkan Əliyeva tərəfindən keçirilən təlimdə universitetin bir neçə fakültəsinin tələbələri iştirak edib. Təlimdə iştirakçılarda yeni dərs metodları, anonim sorğular, “Blum taksanomiyası” haqqında ümumi biliklərin formalaşması üçün təqdimat şəkilində informasiya təqdim olunub.  

26-02-2020