Memarlıq fakültəsinin gənc müəllimi Fidan Mustafayevanın kitabının təqdimatı olub

     Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Elektron kitabxana şöbəsində Memarlıq fakültəsinin müəllimi, memarlıq üzrə fəlsəfə doktoru Fidan Mustafayevanın “Hidrotexniki qurğuların memarlığı” adlı kitabının təqdimatı olub. Təqdimatda kafedra müdirləri, müəllim-professor heyəti və tələbələr iştirak edib.

     Elektron kitabxananın müdiri Aytən Rəhmanova F.Mustafayevanın elmi və pedaqoji fəaliyyətindən danışıb, onun çalışqan savadlı kadr olduğunu vurğulayıb.

     Çıxış edənlər sırasında Təsviri incəsənət kafedrasının müdiri Elturan Avalov, Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının müəllimi Kəklik Fərəcova-Həsənova, Memarlıq konstruksiyaları kafedrasının dosenti, memarlıq üzrə fəlsəfə doktoru Sürəyya  Axundova və tələbələr də gənc müəllimə uğurlar arzulayıblar. 

     Mərasimin sonunda Fidan xanım müəllifi olduğu kitabı kitabxanaya hədiyyə edib.

     Kitabı AzMİU-nun kitabxanasından əldə edə və ya http://library.azmiu.edu.az/index.php səhifəsinə keçməklə elektron versiyasından da faydalana bilərsiniz.

21-02-2020