Daxili qiymətləndirmə sistemi ilə bağlı məlumatlandırma günü keçirilib

          Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Strateji planlaşdırma şöbəsinin təşkilatçılığı ilə professor-müəllim heyəti üçün daxili qiymətləndirmə sistemi ilə bağlı məlumatlandırma günü keçirilib. İclasda universitetin Strateji inkişaf üzrə prorektoru Ülkər Səttarova, dekanlar və kafedra müdirləri iştirak edib.

          Daxili qiymətləndirmə sistemi ilə bağlı ətraflı prezentasiya ilə çıxış edən Strateji planlaşdırma şöbəsinin əməkdaşı Nigar Həsənova seçim zamanı üstünlük verilən xüsusi məqamları tədbir iştirakçılarının diqqətinə çatdırıb. N.Həsənova fəaliyyətlərində obyektivlik prinsipinin əsas tutulduğunu, seçimlərin şəffaf və ədalətli keçirildiyini vurğulayıb.

           Prorektor Ü.Səttarova görüşün təkcə məlumatlandırmadan ibarət olmadığını qeyd edib, müəllimləri başqa hansı meyarlara diqqət yetirilməsi üçün  təklif və suallar verməyə səsləyib.

          Məlumatlandırma günü maraqlı təkliflər, suallar və iradlar üzərində qurulmuş fikir mübadiləsi ilə davam edib. 

10-02-2020