“Qış məktəbi” tələbələrinin vorkşop sərgisi yekunlaşıb

           Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) həyata keçirilən “Qış məktəbi” layihəsi çərçivəsində Rusiyanın Samara və Voronej Dövlət Texniki Universitetlərinin və AzMİU-nun Memarlıq fakültəsi tələbələrinin birgə həyata keçirdiyi vorkşop sərgisi bu gün başa çatıb. Sərginin Münsilər heyətinin sədri, Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının müdiri, professor Elbay Qasımzadə, Memarlıq fakültəsinin dekanı Zahidə Məmmədova, Azərbaycan-İtaliya Dizayn Mərkəzinin sədri Fərid Kərimov yüksək yerlərə layiq görülən tələbələrə sertifikatlar veriblər.    

           Sərgidə 29 nəfər qrup şəklində 11 iş təqdim edib. 1-ci yeri Voronej Dövlət Texniki Universitetinin tələbələri Mariya Dolmatova və Daniel Logvinov qazanıb.

07-02-2020