AzMİU kollektivi Fəxri Xiyabanı ziyarət edib

       Dekabrın 12-də  Azərbaycan Memarlıq və İnşaat Universitetinin(AzMİU) rəhbərliyi, professor-müəllim heyəti və tələbələr ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə  əlaqədar Fəxri xiyabana gələrək, ulu öndərin məzarını ziyarət edib.

       AzMİU kollektivi müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, məzarı önünə gül dəstələri düzüblər.

12-12-2019