AzMİU üçüncü dəfə UI-GreenMetric reytinq bazasına daxil olub

       Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) bu il 3-cü dəfədir ki, “UI GreenMetric World University” reytinq bazasına daxil olub və ekoloji cəhətdən dünyanın ən ekoloji universitetlər siyahısında dünyanın ən yaxşı 780 universitetlər arasında, 446-cı yerdə qərarlaşıb. Qeyd etmək lazımdır ki, UI GreenMetric reytinqi İndoneziya Universiteti tərəfindən 2010-cu ildən nəşr olunur. AzMİU ilə yanaşı Böyük Britaniyanın Oksford Universiteti, İtaliyanın Bolonya Universiteti və bu kimi digər dünyanın öndə gedən universitetləri siyahıda yer tutub. 
       Reytinq altı əsas meyarları istehlak və enerjiyə qənaət göstəriciləri, su ehtiyatlarının səmərəli istifadəsi, tullantıların saxlanması və emalı, ətraf mühitə uyğun nəqliyyat vasitələrinin istifadəsi və kampus ərazisində yaşıllıq sahəsini qiymətləndirir.
       Eyni zamanda reytinqdə təhsil və elmi fəaliyyət göstəriciləri nəzərə alınır.
“UI GreenMetric World University Ranking” ekologiya sahəsində yeganə beynəlxalq reytinqdir və onun məqsədi akademik cəmiyyətin diqqətini cəlb edərək ətraf mühit problemlərinin həllinə kömək etməkdir.
        2019-cu il UI GreenMetric-ın tam nəticələrini bu saytdan əldə edə bilərsiniz:     http://greenmetric.ui.ac.id/detailranking2019/?univ=azmiu.edu.az

10-12-2019