Təmiz Şəhər Mərkəzində maarifləndirici seminar

      Azərbaycan Memarlıq və İnşaat Universitetinin(AzMİU) nəzdində “Təmiz Şəhər” Mərkəzində Strateji planlaşdırma şöbəsinin təşkilatçılığı ilə Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin Ekologiya mühəndisliyi ixtisasının tələbələri üçün maarifləndirici seminar keçirilib. 
      “Təmiz Şəhər” ASC-nin Ətraf mühit və əməyin mühafizəsi şöbəsinin  ətraf mühit üzrə mühəndisi Cahangir Məmmədzadə  tərəfindən keçirilən seminarın mövzusu “Bərk məişət tullantılarının çeşidlənməsi və təkrar xammal bazarının inkişafı” olub. “Təmiz Şəhər” ASC-nin nəzdində Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunun fəaliyyəti, tullantılarının çeşidlənməsi prosesi barədə ümumi məlumat verib. Təkrar xammal bazarının illər əvvəl lazımsız hesab edilən tullantı materiallarını yenidən iqtisadiyyata qazandırdığını qeyd edib. Təkrar emal sənayesinin tullantıların azaldılmasına, ekologiyanın qorunmasına müsbət təsir göstərdiyindən danışıb.  
      Ətraf Mühit və Əməyin mühafizəsi şöbəsinin mühəndisi tərəfindən mövzu tələbələrə geniş prezentasiya ilə təqdim edilib. Sonda mövzu ilə bağlı tələbələrin sualları cavablandırılıb.
      Onu da bildirək ki,  AzMİU “Təmiz Şəhər” Mərkəzində aparılan seminarlar mühazirəyə  uyğun ixtisaslarda təhsil alan tələbələr üçün çox faydalı olur, onlar gələcəkdə çalışacaqları sahə ilə bağlı geniş məlumat əldə edillər.
 

05-12-2019