Futbol üzrə yığma komandamız qalib olub

     Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) futbol üzrə yığma komandası YAP-ın Yasamal rayon təşkilatının təşəbbüsü ilə BDU-nun 100 illik yubileyinə həsr olunmuş futbol, şahmat və badminton üzrə yarışlarda böyük qələbə qazanıb.

     Noyabrın 30-da keçirilən final qarşılaşmasında futbol üzrə yığma komandamız “Metropoliten” ASC-nin komandası ilə üz-üzə gəlib, gərgin keçən oyunun əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Qalibi təyin etmək üçün 11 metrlik cərimə zərbələri təyin olunub və komandamız zərbələri daha dəqiq yerinə yetirərək turnirin çempionu olub. Futbol qarşılaşmasından  sonra digər idman növlərindən yer tutmuş komandalar da kubok medallarla təltif olunublar. Badminton üzrə yığma komandamız bu turda 3-cü yerə çıxıb.

02-12-2019