Müəllimlərimiz Tekla Trimble şirkətinin beynəlxalq sertifikatlarına layiq görülüblər


        Dünya miqyasında layihələndirmə və tikinti sahələrində proqram təminatının qlobal təchizatçısı olan Tekla Trimble şirkəti Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) bir qrup müəllimini  beynəlxalq sertifikatlarla təltif edib.      
        Memarlıq və İnşaat fakültəsinin müəllimləri üçün nəzərdə tutulan və 3 gün davam  edən Tekla Structuresdan istifadə üzrə praktiki master-klası uğurla başa vuran müəllimlərə bu gün şirkətin sertifikatları təqdim olunub. 
        Mərasimə  AZEL Systems şirkətinin Baş Direkoru İqor Yakovenko, AzMİU-nun Strateji inkişaf üzrə prorektoru Ülkər Səttarova, şirkətin nümayəndələri qatılıblar.  
        AZEL Systems şirkətinin Baş Direkoru yaradılan şərait üçün universitetin rektoru, professor Gülçöhrə Məmmədovaya təşəkkürünü bildirib, sertifikat əldə edən müəllimlərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Strateji inkişaf üzrə prorektor Ü.Səttarova da öz növbəsində şirkətin Azərbaycanın ali təhsil müəssisələri arasında ilk dəfə AzMİU ilə ikitərəfli əlaqələr qurduğunu, qurulan əməkdaşlığın universitetin müəllimləri və  tələbələri üçün olan əhəmiyyətinə toxunub. 
      Sonda şirkətinin Baş Direkoru İ.Yakovenko  təlimləri uğurla başa vuran müəllimlərə sertifikatlar təqdim edib. 
      Qeyd edək ki, Tekla Structures proqram təminatından istifadə üzrə keçirilən master-klass Memarlıq və İnşaat fakültəsinin müəllimləri üçün nəzərdə tutulub. Şirkətin Moskva ofisindən texniki konsultant Andrey Didux tərəfindən aparılan master-klass zamanı Tekla Structures-nin praktiki cəhətdən istifadəsi, modelləşdirilmə, mürəkkəb bina və tikililərin layihəndirilməsini əyani formada müəllimlərə izah edilib.
 
           

25-11-2019
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]