AzMİU-nun nümayəndələri Litvanın Vilnus şəhərində ezamiyyətdə olublar

      Avropa Birliyinin Erasmus KA2 “Azərbaycan universitetlərində keyfiyyətə nəzarət mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” qrant layihəsi çərçivəsində 18-22 noyabr 2019-cu il tarixlərində Litvanın SMK tətbiqi-ictimai elmlər Universitetində akademik heyət üçün təlimlər keçirilib.
      Təlimdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Strateji planlaşdırma şöbəsinin müdiri Türkan Əliyeva, şöbənin mütəxəssisi Zeynəb Hüseynova, Beynəlxalq proqramlara dəstək sektorunun müdiri İsa Muradov iştirak edib. Əməkdaşlarımız keyfiyyətə nəzarətlə bağlı proqram təminantının təkmilləşdirilməsi, Avropa təcrübəsinin öyrənilməsi mövzusunda təlimlərə qatılıblar. 

10-02-2020