Tələbələrimiz “AzerGold” QSC-nin Çovdar filiz emalı sahəsində ekskursiyada

     “AzerGold” QSC tərəfindən Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri arasında  keçirilən müsabiqədə qalib gələn  magistr  və bakalavr  tələbələrinin  “AzerGold” QSC-nin Çovdar Filiz Emalı Sahəsinə ekskursiyası təşkil olunub.
      Tələbələri Çovdar filiz emalı sahəsinin fəaliyyəti haqqında məlumatlandırmaq məqsədi daşıyan ekskursiya filiz emalı sahəsində təhlükəsizlik qaydaları ilə tanışlıqdan başlayıb. Adıçəkilən şirkətin Təmir-tikinti və energetika şöbəsinin baş mühəndisi Zəka Talıbovun rəhbərliyi ilə həyata keçirilən səfər zamanı tələbələrə Çovdar filiz emalı yatağı barədə ətraflı məlumat verilib. Eləcə də onlara istehsalat prosesi ilə əyani şəkildə tanış olmaq imkanı yaradılıb, qiymətli metalların hasilatı və emalı prosesi, laboratoriyanın iş prinsipi nümayiş olunub.
       Qeyd edək ki,  “AzerGold” QSC ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında 2019-cu ildə əməkdaşlığa dair imzalanmış  fəaliyyət planına əsasən adıçəkilən şirkət tərəfindən universitetin 15 tələbəsi arasında müsabiqə təşkil olunub.Müsabiqə, “AzerGold” QSC-nin Çovdar Filiz Emalı Sahəsində yerləşən mövcud konveyer xəttinin alt hissəsindən avtomobil yolunun çəkilməsi” adlı mövzudan ibarət olub. AzMİU-nun tələbələri arasında keçirilən bu müsabiqədə Nəqliyyat fakültəsinin 2 bakalavr tələbəsi  Elcan Süleymanlı, Nurlan Baxışov və Magistratura Mərkəzinin magistr tələbəsi Elmir Əsgərov qalib gəliblər.

20-11-2019