AzMİU-da seminar: “Bərk məişət tullantılarının idarə edilməsi”


        Noyabrın 19-da Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Strateji Planlaşdırma şöbəsinin təşkilatçılığı ilə “Təmiz Şəhər” ASC-nin tələbələr üçün bu semestrin növbəti seminarı keçirilib. 
        Ətraf mühit və əməyin mühafizəsi şöbəsinin mühəndisi Samir Ağasiyev tərəfindən aparılan seminar  “Bərk məişət tullantılarının idarə edilməsi” mövzusuna həsr olunub. Seminarda AzMİU-nun Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin Ekologiya ixtisasında təhsil alan III kurs tələbələri iştirak edib.
        Seminarda bərk məişət tullantılarının idarə edilməsi prinsipləri istiqamətində görülmüş işlər diqqətə çatdırılıb. Səhmdar Cəmiyyətin nümayəndəsi tələbələrə Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun fəaliyyəti barədə ətraflı məlumat verərək, zavodun istehsalat gücünə görə Şərqi Avropada və MDB məkanında bu tipli ən iri müəssisə olduğunu vurğulayıb. Qeyd olunub ki, buradan tullantılardan alınan enerji ilə Gəncə kimi böyük bir şəhəri enerji ilə təmin etmək mümkündür. Prezentasiya ilə təqdim olunan mövzu tələbələrin böyük marağına səbəb olub.
         Onu da bildirək ki,  AzMİU “Təmiz Şəhər” Mərkəzində aparılan seminarlar mühazirəyə  uyğun ixtisaslarda təhsil alan tələbələr üçün çox faydalı olur, onlar gələcəkdə çalışacaqları sahə ilə bağlı geniş məlumat əldə ediblər.

19-11-2019
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]