AzMİU kollektivi “Təbiət naminə birləş! Həyat naminə birləş!” layihəsi çərçivəsində “Gənclik” parkında 1000-dən çox ağac əkib

      Noyabrın 11-də Heydər Əliyev Fondu tərəfindən Bakının Xətai rayonunda salınan yeni “Gənclik” parkında  “Təbiət naminə birləş! Həyat naminə birləş!” layihəsi çərçivəsində ağacəkmə aksiyası keçirilib. 
      Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aksiyaya gələrək iştirakçılarla birlikdə ağacəkmə iməcliyində yaxından iştirak edib. Aksiyada bütün ali təhsil müəssisələrinin, həmçinin, AzMİU-nun professor-müəllim və tələbə heyəti də iştirak ediblər.
      Əvvəlcə ərazidə müvafiq iməclik aparılıb, ətraf müxtəlif tullantılardan təmizlənib.  Ağacəkmə aksiyasında fəal iştirak edən AzMİU-nun müəllim və aktiv tələbələri tərəfindən 1000-dən çox ağac əkilib. 
      Tədbir çərçivəsində müxtəlif əyləncəli və musiqili proqramlar, yarışlar təşkil olunub.

13-11-2019