Böyük Britaniyanın ölkəmizdəki səfiri tələbələrə sertifikatlar verib

     Böyük Britaniyanın ölkəmizdəki səfiri  Ceyms Şarp və British Council-ın nümayəndələri bu gün AzMİU-da olublar. Rektorla görüşən qonaqlar daha sonra Creative Spark layihəsi çərçivəsində keçirilən təlimlərə qatılıblar.

     İngiltərənin Lester Universitetinin eksperti  Emili Kristinin  Creative Spark layihəsi çərçivəsində biznes ingilis dili, sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi mövzusunda keçirdiyi təlimlər iki gün davam edib. Təlimlərdə universitetin bütün fakültələrindən seçilmiş 20 tələbə iştirak edib.

     Təlimlərin sonunda səfir tələbələrə sertifikatları təqdim edib. 

01-11-2019