Müəllimlərimiz Lester Universitetinin sertifikatlarını qazanıblar

     Azərbaycan Memarlıq və İnşaat Universitetində ( AzMİU) ölkənin nüfuzlu universitetlərinin müəllimləri üçün keçirilən akademik ingilis dili kursları sona çatıb. Kurslarda Azərbaycan Tibb Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Texniki Universiteti, Milli Aviasiya Akademiyası və Azərbaycan Turizm və Menecment Universitetinin müəllimləri iştirak ediblər. Dərslər Lester Universitetinin eksperti Dagmara Grabas və Emiliy Christine tərəfindən aparılıb.

     İntensiv kurslar 5 gün davam edib. Bu gün kurslara yekun vurulub, AzMİU-nun müəllimləri Böyük Britanıyanın Lester Universitetinin beynəlxalq sertifikatını əldə ediblər. Sertifikatları Lester Universitetinin əməkdaşı Dagmara Grabas təqdim edib. Dagmara Grabas AzMİU-nun müəllimlərinə sertifikatlar verib və onlara gələcək həyatlarında uğurlar arzulayıb.

     Məlumat üçün xatırladaq ki, müəllimlər üçün nəzərdə tutulan kursların əsas məqsədi ingilis dilinin akademik səviyyədə və ixtisasyönümlü tədris olunması, ingilis dili müəllimlərinin metodoloji qabiliyyətlərinin inkişaf etdirilməsi, bu sahədə Böyük Britaniya təcrübəsindən istifadə olunması və yeni metodların tədrisdə tətbiqindən ibarətdir.

 

01-11-2019