Rektor Tikinti-iqtisad fakültəsinin birinci kurs tələbələrinə öz tövsiyyələrini verib


      Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova universitetin  Tikinti-iqtisad fakültəsinə bu il daxil olan birinci kurs tələbələri ilə görüşüb.
     Tədbiri giriş sözü ilə açan fakültənin dekanı Rahad Qəribov  rektora birinci kurslarla ənənəvi keçirilən görüşlər üçün təşəkkürünü bildirib, universitet rəhbərliyini tələbələrə təqdim edib.
      Rektor Gülçöhrə Məmmədova  çıxış edərək gəncləri universitetin tələbəsi adını qazanmaları münasibətilə təbrik edib, onlara təhsildə uğurlar  arzulayıb.  Ölkədə,  eləcə də regionda böyük nüfuza malik olan universitetimizə dövlət tərəfindən hər zaman diqqət və qayğının göstərildiyini bildirib.  Sonra rektor rəhbərlik etdiyi ali təhsil müəssisəsinin tarixi keçmişi, müasir inkişaf mərhələləri barədə onları məlumatlandırıb. Rektor universitetin 7 (Əcnəbi vətəndaşların hazırlığı fakültəsi də var) fakültəsində 8 minə yaxın tələbənin təhsil aldığını, eyni zamanda müxtəlif ölkələrdən gələn gənclərin də universitetdə çoxluq təşkil etdiyini, onların təlim-tərbiyəsi ilə 500-dən çox professor-müəllim heyətinin məşğul olduğunu diqqətə çatdırıb. Ölkəmizin, iqtisadiyyatın, qeyri-neft sektorunun inkişafında bizim tələbələrin böyük rolu olduğunu, bunun üçün onların 4 il ərində yüksək biliyə, intellektə yiyələnməli olduqlarını qeyd edib. 
      Sonda AzMİU-nun Tərbiyə  işləri üzrə prorektoru Tofiq Qasımov  çıxış edərək universitet daxilində tələbələrin əməl etməli olduğu nizam-intizam qaydaları, davamiyyət məsələləri ətrafında danışıb. 
      Görüş tələbələrin sualları ilə başa çatıb.
   

31-10-2019
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]