Hazırlıq fakültəsinin tələbələri universitetin fakültə və laboratotiyalarında olublar

    Əcnəbi vətəndaşların hazırlığı fakültəsinin təşəbbüsü ilə fakültədə təhsil alan əcnəbi dinləyicilərin “Beynəlxalq tələbə həftəsi” çərçivəsində Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri  və Memarlıq fakültələrinə ekskursiyaları  təşkil olunub.
    Tanışlıq xarakteri daşıyan ekskursiyada tələbələr universitetin ikinci və üçüncü tədris binasında olub,  fakültələri gəziblər, ixtisaslarla yaxından tanış olublar. Eyni zamanda əcnəbi tələbələr fakültələrin nəzdində fəaliyyət göstərən laboratoriyalara baş çəkiblər, layihə otaqlarına baxış keçiriblər.  
 

31-10-2019