XARICI VƏTƏNDAŞLARIN UNIVERSITETƏ QƏBUL QAYDALARI

22.04.2010
XARICI VƏTƏNDAŞLARIN UNIVERSITETƏ QƏBUL QAYDALARI

              XARICI VƏTƏNDAŞLARIN UNIVERSITETƏ QƏBUL  QAYDALARI

 

          I. Əcnəbi vətəndaşlar üçün hazırlıq fakültəsində təhsil

          II. Universitetdə bakalavr pilləsində təhsil

          III. Universitetdə magistr pilləsində  təhsil

          IV. Universitetdə doktoranturada  təhsil

              

I.                         Əcnəbi vətəndaşlar üçün hazırlıq fakültəsi  

 

        Hazırlıq fakültəsinə  sənəd qəbulu  hər tədris ili sentyabr ayının  1-dən oktyabr ayının 30-na kimidir.

                Hazırlıq fakültəsində   dərslər sentyabr  ayının 15-i başlanır.     

                Hazırlıq fakültəsində  təhsil almaq üçün universitetə aşağıdakı sənədlər təqdim       

            olunur: 

-          hazırlıq fakültəsinə qəbul üçün rektorun adına ərizə (ixtisas göstərilməklə və tədris dili göstərilməklə);

-          keçdiyi fənlər və həmin fənlərdən aldıqları qiymətləri göstərən təhsil haqqında sənədlər 

-          tibbi arayış və tələbənin gəldiyi ölkənin rəsmi səhiyyə  orqanları tərəfindən verilən   QİÇS (AİDS) təhlil testi;

-          pasport və ya şəxsiyyətini təsdiq edən sənədin surəti (Azərbaycan Respublikasına giriş vizası olmaqla);

-          tərcümeyi-hal

-          8 ədəd 3x4 ölçüdə foto;

Sadalanan sənədlər azərbaycan dilinə tərcümə olunmalı və notarius tərəfindən təsdiq olunmalıdır.

                Xarici vətəndaş ilə universitet arasında müqavilə bağlanır.Təhsil haqqı hər  

      semestrin  əvvəlində tələbənin özü tərəfindən  Təhsil Nazirliyinin təsdiq etdiyi məbləğdə 

      ABŞ dolları ilə ödənilir.

                   Əcnəbi tələbə hər hansı üzürlü və üzürsüz səbəbdən təhsilini davam etdirə

      bilmədiyi və ya davam etdirmək istəmədiyi halda,habelə yuxarıda göstərilən əsaslara

      görə   universitetdən xaric olunduqda ödənilmiş təhsil haqqı qaytarılmır.

      Xarici vətəndaşın universitetə qəbul əmri verildiyi gündən o, universitetin tələbəsi

statusunu alır.

Universitetdə  hazırlıq fakültəsində təhsil müddəti 1  ildir.

Dil kurslarında təhsil müddəti 3-6 aydır.

Hazırlıq fakültəsində təhsil azərbaycan,rus və memarlıq ixtisası üzrə ingilis dilində də

aparılır.

       Xarici vətəndaşların  Azərbaycan Respublikası  Dövlət Miqrasiya Xidmətində

      qeydiyyatı  aparılır:

  -   1 illik müvəqqəti yaşamaq hüququ                    

           Xarici tələbə  kitabxana , idman kompleksi, tibbi xidmət,yataqxana, habelə  ödənişli əsaslarla təhsil alan azərbaycanlı tələbələr üçün müəyyən olunmuş digər hüquqlardan istifadə edir və xarici tələbə öz növbəsində:

                        - təhsil müəssisəsinin daxili intizam qaydalarına riayət edir;

                        - təhsil müəssisəsinin əmlakının korlanmasına yol vermir;

                        - onun təqsiri üzündən təhsil müəssisəsinə vurulmuş zərəri ödəyir.

     Xarici tələbə hazırlıq fakültəsində müvəffəqiyyətlə təhsilini bitirdikdə ona müvafiq ixtisas

     və təhsil  aldığı dilə uyğun   şəhadətnamə verilir.

    

            

 

 

II.                Universitetdə bakalavr pilləsində təhsil: 

 

                 Universitetdə əyani şöbəyə sənəd qəbulu  hər tədris ili sentyabr ayının  15-i və

             qiyabi  şöbəyə isə sənəd qəbulu oktyabr ayının 30-na  kimidir.

             Əyani şöbədə dərslər sentyabr  ayının 15-i başlanır.     

      1.   Xarici vətəndaşlar universitetdə təhsil almaq üçün aşağıdakı sənədləri təqdim       

            edir: 

-          hazırlıq fakültəsini bitirmək haqqında şəhadətnamə (tələbə hazırlıq fakültəsini bitirdiyi ixtisasa və dilə uyğun təhsilini bakalavr pilləsində davam etdirməlidir.)

-          universitetə qəbul üçün rektorun adına ərizə (ixtisas göstərilməklə);

-          təhsil haqqında sənəd (keçilən dərslər göstərilməklə);

-          tibbi arayış və tələbənin gəldiyi ölkənin rəsmi səhiyyə  orqanları tərəfindən verilən   QİÇS (AİDS) təhlil testi;

-          pasport və ya şəxsiyyətini təsdiq edən sənədin surəti (Azərbaycan Respublikasına giriş vizası olmaqla);

-          tərcümeyi-hal;

-          8 ədəd 3x4 ölçüdə foto;

Sadalanan sənədlər azərbaycan dilinə tərcümə olunmalı və notarius tərəfindən təsdiq olunmalıdır.

  1. Xarici vətəndaş ilə universitet arasında müqavilə bağlanır.Təhsil haqqı hər semestrin

      əvvəlində tələbənin özü tərəfindən  Təhsil Nazirliyinin təsdiq etdiyi məbləğdə  ABŞ

      dolları ilə ödənilir.

                 Əcnəbi tələbə hər hansı üzürlü və üzürsüz səbəbdən təhsilini davam etdirə

       bilmədiyi və ya davam etdirmək istəmədiyi halda,habelə yuxarıda göstərilən əsaslara

       görə  universitetdən xaric olunduqda ödənilmiş təhsil haqqı qaytarılmır.

  1. Xarici vətəndaşın universitetə qəbul əmri verildiyi gündən o, universitetin tələbəsi

statusunu alır.

Universitetdə  əyani şöbədə təhsil müddəti 4 il,qiyabi şöbədə isə 5 ildir.

(Memarlıq ixtisasında qiyabi şöbə yoxdur).

Təhsil azərbaycan,rus və memarlıq ixtisası üzrə ingilis dilində də aparılır.

  1. Əyani şöbədə təhsil alan əcnəbi tələbələrin   Azərbaycan Respublikası  Dövlət Miqrasiya Xidmətində qeydiyyatı  aparılır:

  -   1 illik müvəqqəti yaşamaq hüququ  verilir.                  

      5.  Əcnəbi tələbə  kitabxana , idman kompleksi, tibbi xidmət,yataqxana, habelə  ödənişli əsaslarla təhsil alan azərbaycanlı tələbələr üçün müəyyən olunmuş digər hüquqlardan istifadə edir və xarici tələbə öz növbəsində.

                        - təhsil müəssisəsinin daxili intizam qaydalarına riayət edir;

                        - təhsil müəssisəsinin əmlakının korlanmasına yol vermir;

                        - onun təqsiri üzündən təhsil müəssisəsinə vurulmuş zərəri ödəyir.

6.  Əcnəbi tələbə müvəffəqiyyətlə təhsilini bitirdikdən sonra ona müvafiq ixtisas və dərəcə 

      almağına dair  bakalavr diplomu  verilir.

 

III.             Universitetdə magistr pilləsində  təhsil

 

           Təhsildə yüksək göstəricilər əldə edən məzunlar bakalavr diplomlarına uyğun müvafiq istiqamətlərdə  təhsillərini magistr  pilləsində davam etdirə bilirlər.Bakalavr pilləsini Azərbaycan Respublikasında bitirməyən əcnəbi vətəndaşlar  magistraturada təhsil almaq üçün dil kurslarını keçməlidir.

         Magistraturada dərslər sentyabr aının 15-də başlanır.

               Xarici vətəndaş ilə universitet arasında müqavilə bağlanır.Təhsil haqqı hər

      semestrin  əvvəlində magistrin  özü tərəfindən  Təhsil Nazirliyinin təsdiq etdiyi məbləğdə 

      ABŞ  dolları ilə ödənilir.

                 Əcnəbi magistr hər hansı üzürlü və üzürsüz səbəbdən təhsilini davam etdirə

       bilmədiyi və ya davam etdirmək istəmədiyi halda,habelə yuxarıda göstərilən əsaslara

       görə  universitetdən xaric olunduqda ödənilmiş təhsil haqqı qaytarılmır.        

      Magistraturada təhsil müddəti əyani şöbədə 2 il,qiyabi şöbədə isə 2,5  ildir.

Memarlıq istiqaməti üzrə qiyabi təhsil yoxdur.

               Əcnəbi magistr müvəffəqiyyətlə təhsilini bitirdikdən sonra ona müvafiq ixtisas və

       dərəcə   almağına dair  magistr diplomu verilir.

   

              IV. Universitetdə doktoranturada  təhsil

 

                     Magistr pilləsində təhsilini müvəffəqiyyətlə bitirən  xarici vətəndaşlar   

             doktoranturada  təhsil ala bilirlər.Magistraturanı Azərbaycan Respublikasinda bitirməyən

             əcnəbi vətəndaşlar dil kurslarini keçməlidirlər.

                                                                                                                                Ünvan :

 

Ofis - Azərbaycan Respublikası 
AZ 1073/1,Bakı,
A.Sultanova küç.,5,Bina 1

 

Tel:  00(99412)      439 05 97;        439 07 48;     438 94 01;      432 52 26;    434 58 60;    434 52 86


Email : foreign_prorector@yahoo.com  

         Əcnəbi tələbələrin təhsili dekanlığı : ettf@azmiu.edu.az  

         Əcnəbi  tələbələrin hazırlıq fakültəsi : htf@azmiu.edu.az