İxtisas seçimi
Universitetimizdəki ixtisaslar
1-ci qrupa aid ixtisaslar
| Ixtisaslar | Fəaliyyət dairəsi və iş yerləri |
| 1. Memarlıq | Bu ixtisasa yiyələnənlər yaşayış və ictimai binaları layihələndirən və tikən memarlar, evlərin, ofislərin, sarayların bədii tərtibatlarını verən dizaynerlər, memarlıq abidələrinin bərpaçıları, istirahət yerlərində, şəhər meydanlarında və şəxsi villaların sahələrində salınan bağ, park və landşaft memarlar ola bilərlər. Bu mütəxəssislər bütün tikinti sahələrində, şəhər və rayon icra hakimiyyətlərinin memarlıq şöbələrində, Yaşıllaşdırma departamentlərində, onların rayon şöbələrində, mebel fabriklərində, memarlıq abidələrinin bərpası idarələrində, reklam ittifaqlarında, layihə institutları və konstruktor bürolarında, özəl firma və şirkətlərdə işləyə bilərlər.
|
| 2.Dizayn
| Dizayn ixtisası üzrə interyer və avadanlıqlar dizaynı və sənaye qrafikası və reklam dizaynı ixtisasları üzrə mütəxəssislər hazırlanır. Onlar mebel fabriklərində, reklam şirkətlərində, avadanlıqlar istehsal edən müəssisələrdə, inşaat sahələrində işləyə bilərlər. |
|
3.Nəqliyyat tikintisi mühəndisliyi
| Nəqliyyat tikintisi mühəndisliyi ixtisasında vahid nəqliyyat sisteminin ayrılmaz hissəsi olan avtomobil və dəmir yollarının, körpülərin, tunellərin və aerodromların layihələndirilməsi, tikintisi və istismarı üzrə inşaatçı kadrları hazırlanır. Hazırlanan mütəxəssislər Azərbaycan Dövlət Dəmir yolu, «Azəravtoyol» Dövlət şirkəti, Azərbaycan Hava yolları, Bakı metropoliteni, tarixi «İpək yolu»nun bərpasında iştirak edən xarici şirkətlərdə və s. işləyə bilərlər. |
| 4.Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi
| İxtisas üzrə yol hərəkətinin təşkili və təhlükəsizliyini təmin edən mütəxəssislər hazırlanır. Bu mütəxəssislər əsasən «Azərbaycan Avtonəqliyyat Dövlət Konserni»ndə, Dövlət Yol Polisində, «Azəravtoyol» Dövlət şirkətində işləyə bilərlər. |
| 5. Geodeziya və xəritəçilik mühəndisliyi
| Geodeziya və xəritəçilik mühəndisliyi ixtisasında mülki, sənaye, hidrotexniki tikililərin, yolların və tunellərin, mühəndis qurğularının layihələndirilməsi, yer üzərinə köçürülməsi, tikilməsi, istismarı zamanı aparılan geodeziya işləri üzrə mütəxəssislər hazırlanır. Onlar Azərbaycan Torpaq və Xəritəçəkmə Komitəsində, o cümlədən bu komitənin nəzdində olan rayon və şəhər torpaq şöbələrində, İqtisadi İnkişaf Nazirliyində, torpaqların istifadəyə və icarəyə verilməsinə aid müvafiq idarələrində, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin torpaqların mühafizəsinə aid müvafiq müfəttişliklərində işləyə bilərlər. |
| 6. Yer quruluşu, torpaq və şəhər kadastrı
| Universitetimizdə yeni açılmış bu ixtisasda şəhər torpaqlarının, daşınmaz əmlakların, ticarət mərkəzlərinin, mühəndis qurğularının sahəsinin dəqiq qeydə alınması, qiymətləndirilməsi və effektli istifadə olunması üzrə çalışan mütəxəssislər hazırlanır. |
|
7. İnşaat mühəndisliyi
| İnşaat ixtisası üzrə sənaye və mülki tikinti, su-elektrik stansıyaları, liman və liman qurğuları və meliorasiya-mühəndis sistemlərinin tikintisi, şəhər və bələdiyyə tikintisi və istismarı sahəsində çalışan mütəxəssislər hazırlanır. Hazırlanan mütəxəssislər sənaye və mülki tikintidə, evtikmə kombinatlarında, şəhər və rayon bələdiyyələrində, Su Təsərrüfatı və Meliorasiya Komitəsində, Su-Elektrik Stansiyalarında, limanlarda, layihə institutlarında, konstruktor bürolarında, özəl firma və şirkətlərdə işləyə bilərlər. |
| 8. Neft-qaz qurğuları mühəndisliyi
| Universitetimizdə yeni açılmış bu ixtisasda dənizdə neft və qaz istehsalı üçün lazım olan hidrotexniki qurğuların tikintisi üzrə mütəxəssislər hazırlanır. Onlar Azərbaycan Dövlət Neft Şirkətində və bütün neft-qaz sənayesi komplekslərində işləyə bilərlər. |
| 9. Mühəndis sistemləri və qurğularının tikintisi mühəndisliyi
| Bu ixtisas üzrə sənaye və mülki tikintilərin istilik-qaz, su təchizatı və ventilyasiya, kanalizasiya sistemlərinin quraşdırılması və istismarı ilə məşğul olan mütəxəssislər hazırlanır. Bu mütəxəssislər sənaye və mülki tikintinin bütün sahələrində, şəhər kommunal təsərrüfatının müxtəlif sahələrində, elmi-tədqiqat və layihələndirmə institutlarında, özəl firma və şirkətlərdə işləyə bilərlər. |
| 10. Tikinti materialları və məmulatlarının texnologiyası mühəndisliyi
| «Tikinti materialları və məmulatlarının texnologiyası» ixtisası üzrə tikintidə, mebel sənayesində istifadə olunan material və məmulatların, konstruksiyaların istehsalı və alınma texnologiyası ilə məşğul olan mütəxəssislər hazırlanır. Hazırlanan mütəxəssislər tikinti materialları və məmulatlarının istehsalı ilə məşğul olan müəssisələrdə, Qaradağ Sement Səhmdar Cəmiyyətində, əhəng və gips istehsalı zavodlarında, Sumqayıt Şüşə zavodunda, Azbest-sement məmulatları zavodunda, kərpic və keramika məmulatları müəssisələrində, mebel fabriklərində, layihə institutlarında və konstruktor bürolarında işləyə bilərlər. |
| 11.Materialşünaslıq mühəndisliyi
| Bu ixtisas üzrə inşaat materiallarının xassələrinin öyrənilməsi və yeni materialların alınma texnologiyası ilə məşğul olan mütəxəssislər hazırlanır. Həmin mütəxəssislər tikinti materialları və məmulatlarının istehsalı ilə məşğul olan müəssisələrdə, Qaradağ Sement Səhmdar Cəmiyyətində, Sumqayıt Şüşə zavodunda, Azbest-sement məmulatları zavodunda, layihə institutlarında və konstruktor bürolarında işləyə bilərlər. |
| 12.Proseslərin avtomatlaşdırılması mühəndisliyi.
| Bu ixtisasda inşaatda avtomatlaşdırılmış idarəetmə sistemlərinin layihələndirilməsi, istehsal və istismarı, onların proqramlaşdırılması üçün yüksək ixtisaslı mütəxəssislər hazırlanır. Bu mütəxəssislər inşaatın bütün sahələrində, «Sənaye avtomatikası» istehsalat birliklərinin müəssisələrində, idarəetmə sistemlərinin layihələndirilməsi, istehsalı və istismarı ilə bağlı elmi-tədqiqat, layihə-konstruktor qurumlarında, özəl firma və şirkətlərdə işləyə bilərlər. |
| 13.İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi
| Universitetimizdə yeni açılmış bu ixtisasda informasiya texnologiyası və sistemləri üzrə mütəxəssislər hazırlanır. Həmin mütəxəssislər respublikamızda fəaliyyət göstərən dövlət və özəl müəssisbələrdə işləyə bilərlər. |
| 14.Texnoloji maşın və avadanlıqlar mühəndisliyi
| Bu ixtisas üzrə inşaat-yol maşın və avadanlıqları, tikinti sənayesi müəssisələrinin maşın və avadanlıqları, qaldırıjı maşınlar və avadanlıqlar sahəsində işləyən mütəxəssislər hazırlanır. Hazırlanan mütəxəssislər sənaye və mülki tikintidə, evtikmə kombinatlarında, maşın istehsalı müəssisələrində, layihələndirmə və konstruktor bürolarında AzETHM elmi istehsalat birliyində işləyə bilərlər |
| 15.Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi
| «Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi» ixtisasında inşaat kompleksində və texnoloji proseslərin icrasında mühafizənin təşkili üzrə mütəxəssislər hazırlanır. Həmin mütəxəssislər tikinti və tikinti məmulatlarının istehsalı ilə məşğul olan müəssisələrdə işləyə bilərlər. |
| 16. Ekologiya mühəndisliyi
| Ekologiya mühəndisliyi ixtisası üzrə su ehtiyatlarının mühafizəsi və kompleks istifadəsi, meliorasiya, rekultivasiya və torpaq mühafizəsi, onun ətraf mühitə təsirini öyrənən mütəxəssis-ekoloqlar hazırlanır. Onlar mütəxəssislər Ekologiya və Təbii Sərvətlər Nazirliyi və onun şöbələrində, Abşeron-su Səhmdar Cəmiyyətində işləyə bilərlər. |
| 17.Meşə materiallarının və ağac emalının texnologiyası mühəndisliyi
| Ixtisasda meşələrin təbii bərpasını təmin etməklə oduncaq ehtiyatını tədarükü və emalı üzrə meşəçi mühəndislər hazırlanır. Hazırlanan mütəxəssislər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin meşə və yaşıllaşdırma təsərrüfatlarının regional və mərkəzi təşkilatlarında; rayon və şəhər yaşıllaşdırma idarəsində; ağac emalı və mebel istehsal müəssələrində; bu sahələrin elmi-tədqiqat , layihələndirmə və dizayn təşkilatlarında; çoxsaylı mebel salonlarında; mərkəzi təşkilatların təsərrüfat şöbələrində və s.işləyə bilərlər.
|
| 2-ci qrupa aid ixtisaslar | |
| 1. Maliyyə 2. Sənayenin təşkili və idarə olunması 3. Menecment 4. Marketinq 5. Biznesin idarə olunması
| Bu ixtisasalar üzrə tikinti və tikinti materialları sənayesinin iqtisadiyyatı, istehsal və xidmət sahələrinin planlaşdırılması, menecment (inşaat sahəsi və strukturlarını idarə edən), marketinq (inşaat məhsulları bazarının kompleks tədqiqi və qiymətləndirilməsi) üzrə mütəxəssislər hazırlanır. Bu mütəxəssislər İqtisadi İnkişaf Nazirliyində, Maliyyə Nazirliyində, Vergilər Nazirliyində, banklarda, layihələndirmə institutlarında, Statistika Komitəsində, müxtəlif firma və şirkətlərdə işləyə bilərlər. Universitetimizdə yeni açılmış bu istiqamətdə əmlakların, avadanlıqların, qurğuların və digər fəaliyyət sahələrinin müxtəlif hadisələrdən sığortalanması işləri üzrə mütəxəssislər hazırlanır.
|

