Müsabiqə şərtləri
Müsabiqə bakalavrın iki mərhələ üzrə imtahandan topladığı ümumi balı ( balların cəmi) əsasında aparılır.Bakalavrların yerləşdirilməsi onların öz ərizələrində qeyd etdikləri ixtisaslaşmaların ardıcıllığı nəzərə alınmaqla dövlət sifarişi ilə qəbulun proqnozu və təhsili ödənişli əsaslarla olan ixtisaslaşmaların qəbulu planı çərçivəsində həyata keçirilir. Azərbaycan Memarlıq və inşaat Universiteti qabaqcıl dövlət təhsil müəssisələrindən biridir.Bu ali məktəbdə AMEA-nın akademikləri, 58-ə qədər elmlər doktoru, professor, 275-dən çox elmlər namizədi, dosent, yüksək ixtisaslı mütəxəsislər çalışır. Eyni zamanda universitetdə respublikanın və xarici ölkələrin tanınmış elm və mədəniyyət xadimləri ara-sıra dərs deyirlər. AzMİU bir sıra beynəlxalq qurumların üzvüdür. Universitetin Rusiya, Fransa, Almanya, İtalya, Ukrayna, Türkiyə və digər ölkələrin qabaqcıl ali təhsil müəssisələri ilə sıx əlaqələri vardır. Universitetdə KNAUF tədris məsləhət mərkəzi, Maarif Tədris Mərkəzi elmi – tədqiqat laboratoriyaları, zəngin kitabxana və nəşriyyat poliqrafiya fəaliyyət göstərir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.02.1997- ci il tarixli 15 saylı qərarı ilə təsdiq olunmuş «Magistr hazırlığı haqqında» əsasnaməni əsas tutaraq 1997- ci ildən AzMİU- da magistratura pilləsi fəaliyyət göstərir.

