"Nəzəri və tətbiqi mexanika" jurnalı
- Redaksiya
- Redaksiya heyəti
- Məqalələrin tərtibat qaydaları
- Resenziya verilmə qaydaları
- Jurnalın nömrələri
“NƏZƏRİ VƏ TƏTBİQİ MEXANİKA” jurnalı haqqında ümumi
M Ə L U M A T
“Nəzəri və Tətbiqi Mexanika” jurnalı dövrü nəşr olub, Azərbaycan Respublikası Təhsil Nazirinin 27 iyun 2005-ci il tarixli 516 saylı və 10 fevral 2006-cı il tarixli 93 saylı əmrləri əsasında 2006-cı ildən fəaliyyətə başlamışdır.
Jurnalın təsisçiləri Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Memarlıq və İnşaat Universitetidir. Jurnal ildə dörd nömrədə nəşr olunur.
Ali məktəblərarası elmi-texniki jurnal kimi nəşr olunan bu jurnalda deformasiya olunan bərk cisimlər mexanikası, elastiklik və plastiklik nəzəriyyəsi, ümumi mexanika, inşaat mexanikası, materiallar müqaviməti, hidromexanika və aeromexanika sahəsində əvvəllər çap olunmamış və digər jurnallara göndərilməmiş məqalələr çap olunur. Belə ki, məqalələr aspirantların, elmi işçilərin apardıqları nəzəri və təcrübi tədqiqatların yeni nəticələrini ümumiləşdirən və aktual mövzuları əhatə edən materiallar olmalıdır.
“Nəzəri və Tətbiqi Mexanika” jurnalı 15 mart 2006-cı il tarixdə Ədliyyə Nazirliyində qeydiyyata alınmışdir (reyestr № 1746).
“Nəzəri və Tətbiqi Mexanika” jurnalı Ali Attestasiya Komissiyasında dissertasiyaların nəticələrinin çap olunmasının tövsiyyə edildiyi jurnallar siyahısına daxil edilmişdir.
Jurnalın Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş nizamnaməsi, redaksiya heyəti və məsləhət şurası vardır. Jurnalın redaksiya heyəti baş redaktordan, baş redaktorun müavinindən, məsul redaktordan və 17 nəfər redaksiya şurasından ibarətdir. Redaksiya şurasına respublikamızın mexanika sahəsində çalışan tanınmış alimləri daxil edilmişdir. Jurnalın redaksiya şurasına daxil olan alimlərdən beş nəfəri AMEA-nın müxbir üzvləridir (Siyahı aşağıda verilir).
Jurnalın məsləhət şurasına xarici ölkələrdə mexanika sahəsində çalışan tanınmış alimlər daxil edilmişdir (Siyahı aşağıda verilir).
Jurnal əsas elmi-tədqiqat bölməsi, tənqid və biblioqrafiya bölməsi, müəlliflər üçün məqalələrin hazırlanma qaydasını ifadə edən məlumat bölməsindən ibarətdir.
“Nəzəri və Tətbiqi Mexanika” jurnalı respublikamızın bütün ali məktəblərini və AMEA-nın elmi-tədqiqat İinstitutlarını, layihə və konstruktor bürolarını əhatə edir.
Nəşr olunan jurnal respublikamızın bütün ali məktəblərinin kitabxanalarına, elmi - texniki kitabxanalara və AMEA-nın kitabxanalarına göndərilir. (Siyahı aşağıda verilir).
“Nəzəri və Tətbiqi Mexanika” jurnalında azərbaycan, rus və ingilis dillərində məqalələr çap olunur. Belə ki, məqaləyə uyğun dildə xülasə, qalan dillərdə isə annotasiya yazılmalıdır. Məqalələrin hazırlanma qaydası “ müəlliflərin nəzərinə ” bölməsində verilmişdir.
Jurnalın maliyyə vəsaiti onun çapına çəkilən xərclərdən ibarətdir. Maliyyə xərcləri jurnala məqalə təqdim etmiş müəlliflərin və xüsusi hallarda AzMİU-nun ayırdığı vəsait hesabına ödənilir. Jurnalın redaksiya heyətinin üzvləri ictimai əsaslarla xidmər edirlər (əmək haqqı almırlar).
Redaksiya ilə əlaqə:
Baş redaktor tel. (+994 12) 539 10 36
Məsul redaktor mob. (+994 50) 424 33 40
Jurnalın elektron poçtu ntm.2006@mail.ru
Redaksiyanın ünvanı: Bakı-1073, A. Sultanova 5. AzMİU-nun əsas binası,
6-cı mərtəbə. “İnşaat mexanikası” kafedrası

