"Ekologiya və Su Təsərrüfatı" jurnalı

 «EKOLOGİYA VƏ SU TƏSƏRRÜFATI»

Elmi – texniki  iSTEHSALAT JURNALI

 Jurnal Ədliyyə Nazirliyinin 20.07.2004-cü il tarixli ŞE -26-1232 saylı qeydiyyatı ilə təsdiq olunmuş və Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) müntəzəm olaraq ildə 6 dəfə nəşr olunur. Jurnalın nəşrində Azərbaycan Elmi- tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutu, Erroziya və Suvarma Tədqiqat İnstitutu, Su-Kanal Elmi – Tədqiqat və Layihə İnstitutu iştirak edir. 

Jurnal AzMİU-nun II korpusunda, «Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri» fakültəsinin nəzdində yerləşir.

Jurnalın Redaksiya Şurasına Azərbaycan Respublikasının elm və texnika sahəsində tanınmış mütəxəssislər daxildir. Nəşr olunan elmi məqalələrin seçilməsində əsas meyar onun yüksək elmi səviyyədə olması və uyğun olaraq obyektiv şəkildə rəy və ekspertizadan keçməsidir. Elmi məqalələr azərbaycan, rus, türk və ingilis dilində nəşr olunmaq üçün qəbul olunur.

«Ekologiya və su təsərürfatı » jurnalında dissertasiya üzrə əldə edilmiş elmi nəticələr nəşr olunur və Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qeydiyyatında olan jurnallar siyahısına daxildir.