Tədris prosesinin təşkili
İnşaat Kollecində hal-hazırda təhsil Azərbaycan dilində keçirilir. Tədris ili sentyabr ayın 15-dən iyun ayının 30-dək davam edir. Payız və yaz semestrləri arasında tələbələrinin tətil müddəti 14 günü əhatə edir.
Kollecdə təhsil müddəti ümumi orta təhsil bazasından qəbul olunanlar üçün 3 il 10 ay, tam orta təhsil bazasından qəbul olanlar üçün isə 2 il 10 aydır. Qiyabi bölmədə oxuyanların təhsil müddəti 3 il 10 aydır. Istisnanı yalnız “Kommersiya” ixtisası təşkil edir ki, burada təhsil müddəti əayni bölmədə müvaffiq olaraq 1 il 10 ay və 2 il 10 ay, qiyabi bölmədə isə 2 il 10 aydır.
İnşaat Kollecində Azərbaycan Memarlıq və İnşaat Universitetində olduğu kimi xüsusi qabiliyyət tələb edən fənlərdən hazırlıq kursları fəaliyyət göstərir.
Kollecə qəbul aşağıdakı ixtisaslar üzrə aparılır.
İxtisaslar və şifrələri.
040561- “Avtomobil yolları və aerodromların tikintisi, istismarı və təmiri”
040548 - “İnformasiya texnologiyası sistemləri” -
040559 - “Daxili sanitar-texniki və ventilyasiya qurğularının quraşdırılması və istismarı”
040106 - “Təsviri incəsənət müəllimliyi”
040555 - “Tikinti məmulatları və konstruksiyaları istehsalı”
040720 - “Няглиййат васитяляринин тямири вя сервисi”
040319 - “Dizayn”
040412 - “Kommersiya”
040552 - “Bina və qurğuların tikintisi və istismarı”
040557 - “Qaz təchizatı sistemi və avadanlıqların quraşdırılması və istismarı”
T 190101 - “Memarlıq”
040516 - “Qaynaq istehsalının metallurgiyası, texnologiyası və avadanlıqları”
040554 - “Geodeziya və xərtiçilik”
İnşaat Kollecində olan ixtisasların tədris planları və fənn proqramları əsasən ali təhsil pilləsinin tədris plan və fənn proqramları ilə uyğunlaşdırıldığı üçün eyni ixtisas üzrə təhsilini ali məktəbdə davam etdirmək istəyənlərin bakalavr təhsil pilləsində daha yüksək nailiyyətlər əldə etmək imkanları yaranır.
Kolleci bitirən tələbələr ali məktəblərə qəbul olunaraq təhsilini davam etdirə bilərlər.
Tədrisin keyfiyyəti
Kollecdə təhsil alan tələbələr gündəlik qayğı ilə əhatə olunmuşdur. Onlara Universitetin ən qabaqcıl müəllimləri dərs deyirlər. Kollecdə çalışan müəllimlər arasında elmlər namizədlərinin, dossentlərin, baş müəllimlərin sayı digər orta ixtisas təhsil müəssisələrinə nisbətən daha çoxdur (bu gün kollecdə 13 nəfər elmlər namizədi dərs deyir). Bu da təhsilin müasir standarlara uyğun təşkil olunmasına yüksək səviyyəli mütəxəssislər hazırlamağa imkan yaradır. Fənn müəllimləri öz gündəlik dərslərində elm və texnikanın son nailiyyətləri haqqında məlumat verir, dərslərin daha canlı şəkildə aparılmasına çalışırlar. Bütün bunlar tələbələrdə öz seçdikləri ixtisasa olan sevginin artmasına, müasir tələblərə cavab verən mütəxəssis kimi yetişməyə imkan yaradır. İmtahanlara hazırlıq prosesində tələbələr və onların validenyləri ilə sıx təmasda tədbirlər planı hazırlanır və müvəffəqiyyətlə həyata keçirilir. Məsləhət saatları, yoxlama işləri təstiq olunan qrafik əsasında keçirilir, tələbələrin ümumi bilik səviyyəsi müəyyən olunur.
İmtahanlar Kollecdə yazılı şəkildə ciddi nəzarət altında xüsusi təyin edilmiş komissiyalar tərəfindən keçirilir. Imtahanların bir hissəsi Azərbaycan Memarlıq və İnşaat Universitetidə yaradılan və hər növ müdaxiləni istisna edən “Imtahan – kompyuter” mərkəzində keçirilir. Imtahanların obyektivliyi üçün hər çür şərait yaradılmışdır.
İnşaat Kollecinin tələbələri Azərbaycan Memarlıq və İnşaat Universitetin bütün maddi- texniki bazasından istifadə edirlər.
Tələbələrlə təlim- tərbiyə işi də yüksək səviyyədə təşkil olunur. Tələbələrin həvəsləndirilməsi metodu şəffaf şəkildə həyata keçirlir.
Buna görə də ildən ilə İnşaat Kollecində təhsil almaq istəyənlərin, o cümlədən xarici vətəndaşların sayı artır.

