"Qrant" alma qaydaları

 

«QRANT»  ALMAQ  ÜÇÜN  TƏLƏB  OLUNAN  SƏNƏDLƏRİN  TƏRTİBATI

1.       SEÇDİYİNİZ  FONDA  İLKİN  MÜRACİƏT -  SORĞU  MƏKTUBU

( LETTER OF  INQUIRY )

Fond tərəfindən təsdiq edilmiş forma olmadıqda müraciət məktubunda aşağıdakı məsələlər  işıqlandırılır:

·         İzah etməli: Məhz bu fonda müraciət etməyinizin səbəbi;

·         Problemin məğzi, təklif olunan layihənin aktuallığı;

·         Layihənin həyata keçirilmə metodları, icra dəyəri gözlənilən nəticələr haqqında məlumat;

·         Təmsil etdiyiniz müəssisənin bu tip layihələrin həllində önəmli mövqeyinin əsaslandırılması.

Fondun  müsbət  cavabını  aldıqdan  sonra tam  müraciət  məktubu (ərizətərtib  edilir.

 

 

Layihənin   tərtibat  sxemi

1.                  Problemin qoyuluşu

·         Layihənin yerinə yetirilməsinin vacibliyi;

·         Mövcud problemin həllinin prioritetliyi.

 

2.                  Məqsəd

·         Qoyulmuş məqsədin mövcud problemin həlli ilə əlaqəsi.

 

3.                  Gözlənilən  nəticələr

·         Layihə yerinə yetirilən zaman əldə ediləcək konkret effekt haqqında məlumat;

·         Qarşıya qoyulan məqsədlərin həyata keçirilməsinə problemin həllinin necə təsir edəcəyi haqda məlumat;

·         Qarşıya qoyulan məqsədlərin əldə edilməsi üçün zəruri olan nəticələr haqda məlumat.

4.                  Metodlar

·         Gözlənilən nəticələrin əldə edilməsi üçün lazımi fəaliyyət haqda məlumat ( məhz bu ya digər metodların seçilməsinin səbəbləri).

5.                  Resurslar

·         Layihədə nəzərdə tutulan fəaliyyət üçün tələb olunan kadrlar, lazımi materiallar xidmətlər haqqında məlumatlar (əmək haqqının miqdarı, avadanlığın qiyməti digər xərclərin əsaslandırılması);

·         Resursların mənbəyi (icraçılar, köməkçi müəssisələr, fondlar haqqında məlumatlar).

 

Tam  müraciət  məktubu ( ərizə)

 

1.     Titul vərəqəsi  ( cover page )

·           Layihənin adı  (mümkün qədər qısa aydın);

·           Layihəni icra edəcək təşkilatın adı ünvanı;

·           Layihənin rəhbəri (A.A.S., vəzifəsi, ünvanı, faks telefon nömrəsi, E-mail s.);

·           Coğrafi məkan (layihənin icra olunacağı şəhər, rayon, dövlət s.);

·           Layihənin icra müddəti (icra müddəti aylarla göstərilir 1 – 2 ildən çox olmamalıdır);

·         Layihənin dəyəri (ABŞ $ ilə ).Bu bəntdə fontdan istədiyiniz maliyyənin həcmi, öz müəssisəniz tərəfindən ayrılan digər maliyyə mənbələrindən alınan maliyyənin miqdarı göstərilir.

2.    Annotasiya ( summari )

Annotasiyanın həcmi 0,5 – 1 səhifə ( 200 – 300 söz ) olur. Annotasiya aşağıdakı sxem üzrə tərtib edilir:

·           Fonda müraciət edən şəxs onun əvvəlki nailiyyətləri, uöurları haqqında ;

·           Layihənin aktuallığı məqsədi haqqında ;

·           Gözlənilən nəticələr haqqında;

·           Layihənin yerinə yetirilmə metodlarıvə resursları;

·           Layihənin tam dəyəri, müəssisə tərəfindən ayrılacaq şəxsi vəsait fontdan xahiş edilən məbləğin miqdarı;

Annotasiyanın məzmunu oxucu üçün maraqlı olmalıdır.

3.     Giriş ( introduction )

« Giriş » hissəsinin həcmi 1 – 2 səhifə tövsiyyə edilir.

   « Giriş » hissəsi aşağıdakı məsələləri əhatə edir:

·   Fonda müraciət edən müəssisə, layihənin müəllifi icraçı şəxslər haqqında;

·   Fonda müraciət edən təşkilatın fəaliyyət istiqaməti, məqsədi qarşıya qoyduğu vəzifələri haqqında;

·   Fonda müraciət edən təşkilatın nailiyyətləri, uğurları haqqında;

·   Fontdan əlavə digər maliyyə mənbələri (varsa) haqqında.

    « Giriş » hissəsində professional terminlərdən istifadə etmək tövsiyyə edilmir.

4.  Problemin qoyuluşu ya tələbatların əsaslandırılması   ( problem statement or needs assessment )

Bu bölmənin həcmi əksər hallarda 1 – 3 səhifə tövsiyyə olunur. «Problemin qoyuluşu» bölməsi aşağıdakı məsələləri əhatə edir:

·    Layihənin icrasının vacibliyi haqqında;

·    Görüləsi işlərin miqyası (vaxtında müəyyən edilmiş məbləğə yerinə yetirilmə mümkünlüyü) haqqında.

«Problemin qoyuluşu» bölməsini tərtib etdikdə statistik göstəricilərə ədəbiyyata ( 1 – 5 ) müraciət etmək olar.

       5.    Layihənin məqsəd vəzifələri  ( proqram goals and objektives )

Layihənin məqsədi konkret aydın şəkildə bildirilir.

 Layihənin icrası nəticəsində yaranacaq dəyişikliklər haqqında məlumat verilir. Məqsədə nail olmaq üçün zəruri olan müddət göstərilir. 

  6.    Metodlar  (methods )

«Metodlar» bölməsinin həcmi 1 – 4 səhifə olur.

Bu bölmədə arzu olunan nəticələrin əldə edilməsi üçün zəruri metodların açıqlanması verilir.

·           Layihənin icrası üçün zəruri fəaliyyətin hansı ardıcıllıqla həyata keçiriləcəyi haqqında;

·           Bu ardıcıllığın əsaslandırılması;

·         Layihəni icra edəcək heyyətin tərkibi onların vəzifələri haqqında məlumatlar verilməlidir.

7.   Nəticələrin qiymətləndirilməsi hesabat  (evaluation)

    Bu bəndin məqsədi bütövlükdə görüləsi işlərin effektivliyinin qiymətləndirilməsidir.

Bu bənd aşağıdakı sualları əhşatə edir:

·           Layihənin məqsədi dərəcədə nail olunub bu necə qiymətləndiriləcək;

·           Layihənin icrası prosesinə nəzarət necə aparılacaq;

·           Alınan nəticələrin analizi prosesi necə hansı formada (müfəttişlik, yoxlama s.) aparılacaq;

·           Hesabatın hansı formada (yekun, aralıq, kvartal, yarımillik, illik, maliyyə, elmi s.) tərtib olunacağı razılaşdırılır.

 

 

Yekun hesabat layihənin icrası sona yetdikdən sonra, təyin edilmiş vaxtda «Qrant» təqdim edən fondun layihəni icra edən müəssisənin rəhbərliyinə təqdim edilməlidir.

8.                  Büdcə  (budget)

«Büdcə» bəndi əsasən aşağıdakı 3 hissə əsasında tərtib olunur:

1. Əməkhaqqı (personnel)

2. Əsas xərclər (non-personnel direct coast)

3. Qeyri-əsas xərclər (indirect costs)

1.        «Əməkhaqqı» hissəsinə aiddir:

·     Maaş qonorarlar (salaries and wages)

Bu bölmədə, vəzifələrini göstərmək şərti ilə bütün işçilər qeyd edilir.

 

İşçilərin sayı

İşçinin vəzifəsi

Aylıq əmək

haqqı

Tam işçi günü %-

İşin yerinə yetirilmə müddəti

Tam məbləğ

Mövcud maliyyə miqdarı

Tələb olunan maliyyə miqdarı

 

 

 

 

 

 

 

 

Könüllü təmənnasız işləyən şəxslərin  əməyi mütləq sənədləşdirilməlidir.

Bütün görülən işlər sənədlərdə qeyd olunmalıdır.

·         Məsləhətçilik (konsultasiya) müqavilə xidmətləri (consultant and contrakt services)

Bu bölmədə müqavilə əsasında işə cəlb edilmiş məsləhətçilərə verilmiş əməkhaqları qeyd edilir. Həmçinin həmin şəxslərin günlərinin sayı bir günlük əmək haqqının miqdarı göstərilir.

·         Yardımlar vergilər (fringe benefits)

Bu bəntdə qeyd olunan xərclərə aiddir: işçilərə verilən əlavə maliyyənin miqdarı, tibbi sığorta, sosial təminat s. (Məsələn, müvəqqəti olaraq əmək qabiliyyətinin itirilməsini təsdiq edən tibbi sənəd əsasında verilən maliyyə, uşağa qulluq s.

Bu bəndi tərtib edərkən respublika daxilində qəbul edilmiş vergtlər haqqında qanunvericilikdə göstərilən bütün ödəmələr mütləq nəzərə alınmalıdır( təqaüd fondu, tibbi sığorta, sosial sığorta, gəlirdən tutulan vergi s).

2. «Əsas xərclər» hissəsinə aiddir:

·         Ərazi kommunal xərcləri (spase costs)

Bu bölmədə istifadə olunan ərazi sahələrinin icarə, istismar xərcləri (su, istilik, qaz, elektrik s.) göstərilir. Bu bölməyə həmçinin sığorta, təmir, telefon xətlərinin quraşdırlması xərcləri aid edilir.

·         Avadanlığın alınması icarəsi (rental, lease or purchase of equipment)

Bu bölmədə layihənin icrası üçün nəzərdə tutulan avadanlığın əldə edilməsinə ya icarəsinə xərclənən maliyyə vəsiti qeyd edilir. Məsələn: mebel, ofis avadanlığı, kompüterlər, surət çıxarma maşınları, faks, avtomobil, laboratoriya-ölçü avadanlığı s.

Avadanlığın gətirilməsi, quraşdırılması sığorta xərcləri bu bölmədə nəzərə alınmır.

·         Məxaric ləvazimatları (supplies)

Bura aiddir: müxtəlif formatlı kağızlar, disketlər, qələmlər, karandaşlar, qovluqlar s. Bu bölmədə həmçinin alınmış nəticələrin dərc edilməsi poçt (ayrıca bənd kimi nəzərdə tutulmayıbsa) xərclərini qeyd edirlər.

·         Ezamiyyət nəqliyyat xərcləri (travel)

Bu bölməni respublika  daxili xarici ezamiyyət xərclərini (vacibliyini əsaslandırmaqla) nəzərə alaraq tərtib edirlər.

·         Əlavə xərclər (other costs)

Bu bölməyə konfransların, iclasların işçi seminarların təşkili, elmi materialların elanların çapı, telefon danışıqları, rabitə s. xərcləri aid etmək olar.

3. «Qeyri-əsas xərclər»  hissəsinə aiddir:

Hər bir layihənin icrası zamanı konkret fəaliyyətlə çətin əlaqələnən , «Büdcə» - nin 1 2 hissəsində qeyd edilməyən xərclər burada nəzərə alına bilər.

«Büdcə» bölməsini tərtib edərkən aşağıdakı tələblərə diqqət yetirmək zəruridir:

·         Fontdan digər mənbələrdən alınan maliyyə vasitələri qarışdırılmamalıdır;

·         Tərtib edilən maliyyənin miqdarı ləyihədə nəzərdə tutulan işləri tam ödəməlidir;

·         Hər bir maliyyə xərci əsaslandırılmalıdır;

·         Könüllü təmənnasız əsasda görülən işlər sənədləşdirilməlidir;yardım vergilərə ayrılan xərclər əmək haqqı xərclərindən ayrılıqda tərtib edilməlidir;

·         İnflyasiyanın hazırki səviyyəsi nəzərə alınmalıdır.