Mexanikləşdirmə və avtomatlaşdırma fakültəsi

Fakültə 1997-ci ildə yaradılmışdır.

Fakültənin qarşısında duran əsas məqsəd müxtəlif istiqamətlər üzrə mülki və sənaye, hidrotexniki və meliorasiya, nəqliyyat tikintilərində texnoloji proseslərin mexanikləşdirilməsi, avtomatlaşdırılması və bu sahələrə xidmət edən maşın, mexanizm, avadanlıqların və avtomatik idarəetmə sistemlərinin düzgün seçilməsi, təhlükəsiz idarə olunması, səmərəli istismarı, informasiya texnologiyaları və telekommunikasiyanın istifadə mərkəzləri ilə məşğul olan yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasıdır.

 

 

İxtisas və istiqamətlər:

Bakalavr pilləsi:
 

İstiqamətlər:

T 03.00.00 Energetika və enerji maşınqayırması

T 11.00.00 Texnoloji maşınlar və avadanlıqlar

T 17.00.00 Avtomatika və idarəetmə

TT 16.00.00 İnformasiya sistemləri

TT 09.00.00 Materiallar fizikası

TT 23.00.00 Mexanikləşdirmə və avtomatlaşdırma

İxtisaslar:

T 03.04.00 Tikinti və tikinti materialları sənaye müəssisələrinin elektrik təchizatı

T 11.01.00 İnşaat-yol maşınları və avadanlıqları

T 11.01.00 Tikinti materialları sənayesi müəssisələrinin maşın və avadanlıqları

T 11.03.00 Qaldırıcı nəqliyyat maşınları və avadanlıqları

T 16.01.00 İnformasiya sistemləri

T 17.01.00 Texniki sistemlərdə idarəetmə və informatika

TT 09.01.00 Materiallar fizikası (metallik materiallar)

TT 23.01.00 Mexanikləşdirmə və avtomatlaşdırma (inşaatda)

TT 23.01.00 Hidrotexniki və meliorasiya mühəndis sistemlərinin tikinti işlərinin mexanikləşdirilməsi


Magistratura pilləsi:

 İstiqamətlər:

TM 03.00.00 Energetika və enerji maşınqayırması  

TM 11.00.00 Texnoloji maşınlar və avadanlıqlar

TM 17.00.00 Avtomatika və idarəetmə

TTM 08.00.00 İnformasiya sistemləri

TTM 04.00.00 Materiallar fizikası

TTM 15.00.00 Mexanikləşdirmə və avtomatlaşdırma

 

İxtisaslaşmalar:

TM 03.00.04 Elektrik təchizatı (tikinti və tikinti sənayesi müəssisələrinin elektrik təchizatı)

TM 11.00.01 Texnoloji maşınlar və avadanlıqlar (inşaat, yol maşın və avadanlıqlar)

TM 11.00.03 Yükqaldıran nəqledici maşınlar

TTM 04.00.01 Materiallar fizikası (metallik materiallar)

TTM 08.00.01 İnformasiya sistemləri (sahələr üzrə)

TTM 15.00.01 Mexanikləşdirmə və avtomatlaşdırma (inşaatda)

TM 17.00.01 Texniki sistemkərdə idarəetmə və informatika (sahələr üzrə)

  yeni Azərbaycan respublikasının Nazirlər kabinetinin 12 yanvar 2009-cu il tarixli 8 № li qərarı ilə Ali təhsilin bakalavr səviyyəsində 2009/2010 tədris ilindən hazırlanan ixtisaslar.

050625-Texnoloji maşın və avadanlıqlar mühəndisliyi.

050626-Elektrik mühəndisliyi

050628-Proseslərin avtomatlaşdırılması mühəndisliyi

050623-İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi 

 

 Fakültənin rəhbərliyi

Vəzifəsi Soyadı, adı, atasının adı Telefonlar
Daxili Şəhər
Dekan Hacıyev Arif Müseyib oğlu 2-14 (0099412) 439-05-73
Dekan müavini Aslanov Telman İmran oğlu 2-14 (0099412) 439-05-73
Dekan müavini Nurəliyev Mirəli Vahid oğlu 2-14 (0099412) 439-05-73
Dekan müavini Qasımov Akif Fazil oğlu 2-14 (0099412) 439-05-73

 Fakültənin kafedraları

İnşaat,yol və meliorasiya maşınları kafedrasının müdiri Şərifov Arif Rza oğlu 1-68 (0099412) 439-37-08
İnformasiya texnologiyaları və sistemləri kafedrasının müdiri Əliyev Telman Abbas oğlu 1-74  
Hesablama texnikası və proqram təminatı kafedrasının müdiri İbrahimov Səfəralı Nazim oğlu 1-88 (0099412) 438-11-31
Metalşünaslıq və maşın mexanikası kafedrasının müdiri Səmidov Xəlil Səmid oğlu 1-40 (0099412) 439-07-47
Nəzəri mexanika kafedrasının müdiri Əliyev Knyaz Ələsgər oğlu 1-87 (0099412) 439-07-89
Elektrotexnika və elektrik təchizatı kafedrasının müdiri Abbasov Həsənqulu Abbas oğlu 1-60  
Tərsimi həndəsə və mühəndis qrafikası kafedrasının müdiri
1-86 (0099412) 438-30-58

 

KAFEDRALAR

 

İnformasiya texnologiyaları və sistemləri kafedrası

Kafedra 2001-ci ildə “Hesablama texnikası və istehsal proseslərinin avtomatlaşdırılması” kafedrası bazasında yaradılmışdır.

Kafedrada Azərbaycan Milli Elmlər Akademiyasının 1 akademiki, 1 müxbir üzvü, 2 professor, 13 dosent çalışır. Kafedranın bu kadr potensialı ilə idarəetmə və informasiya texnologiyaları üzrə müasir tələblərə uyğun yüksək ixtisaslı bakalavr və magistr kadrları hazırlanır.

Kafedranın laboratoriya bazası müasir avadanlıqlarla təchiz olunmuş 3 kompüter sinfindən ibarətdir.

Kafedrada “Sənaye obyektlərinin informasiyalaşdırılması” istiqaməti üzrə “İnformasiya texnologiyaları və sistemləri” problemlərini əhatə edən elmi-tədqiqat işləri aparılır və elmi-tədqiqat işlərinin nəticələri istehsalatda tətbiq olunur.

Respublikanın aparıcı institutları və müəssisələri ilə, Müstəqil Dövlətlər Birliyinin ölkələri və dünyanın bir sıra elm ocaqları ilə elmi əlaqələri mövcuddur.

İnşaat, yol və meliorasiya maşınları kafedrası

Kafedranın əsası 1951-ci ildə Azərbaycan Politexnik İnstitutunda qoyulmuşdur. 1960-cı ilə qədər bu kafedra müxtəlif adlarla fəaliyyət göstərmiş və yalnız həmin ildən “İnşaat maşınları” kafedrası adlanmağa başlamışdır.

1975-ci ildən “İnşaat, yol və meliorasiya” kafedrası adlanır.

Kafedrada 2 professor, 10 dosent, 1 baş müəllim və 2 assistent çalışır.

Kafedra ixtisaslaşdırılmış mühazirə otaqlarından, 4 tədris və 1 elmi-tədqiqat laboratoriyasından və magistr otağından ibarətdir.

Kafedrada “Texnoloji maşınlar və avadanlıqlar”, “Mexanikləşdirmə və avtomatlaşdırma”, “Texniki-məişət xidmətində servis” istiqamətləri üzrə bakalavr və magistr hazırlığı aparılır. 

Kafedra əməkdaşları tikinti kompleksində istifadə olunan maşın və avadanlıqların təkmilləşdirilməsi və tədqiqi problemi üzərində elmi-tədqiqat işləri yerinə yetirirlər.

Kafedra əməkdaşlarının elmi-tədqiqat işləri nəticəsində yaratdıqları və təkmilləşdirdikləri inşaat maşınlarının hidravlik sistemlərindəki işçi maye təmizləyiciləri, vibrasiya maşınları, kərpickəsən preslər, frez maşınları, kanal təmizləyicilər, daşkəsən maşınlar və s. Respublikamızda və Müstəqil Dövlətlər Birliyi ölkələrində istehsalata tətbiq olunmuşdur.

 

Hesablama texnikası və proqram təminatı kafedrası

Kafedra 2001-ci ildə “Hesablama texnikası və istehsal proseslərinin avtomatlaşdırılması” kafedrasının bazası əsasında yaradılmışdır. Kafedranın nəzdində 2 mühazirə və 3 kompüter laboratoriyası fəaliyyət göstərir.

Kafedrada 10 nəfər professor-müəllim heyəti çalışır ki, bunlardan 4-ü dosent, 3-ü baş müəllim və 3-ü isə assistentdir.

Təhsilin əyaniliyini və səmərəliliyini həyata keçirmək üçün kafedranın nəzdində 3 kompüter laboratoriyası fəaliyyət göstərir. Bu laboratoriyalar müasir kompüter texnikası ilə təchiz olunmuşdur. Burada tələbələr kompüter texnikasının sirlərinə bələd olmaq üçün nəzəri bə praktiki biliklərə yiyələnirlər.

Kafedrada “Tikinti materiallarının istehsal proseslərinin təhlil olunması və idarəetmə məsələlərinin qoyuluşu”,  “İnşaat materialları sənayesində texnoloji proseslərin ölçü dəqiqliyinin yüksəldilməsi üçün alqoritmlərin işlənməsi”, “İnşaat materialları sənayesində texnoloji proseslərin ölçü dəqiqliyinin yüksəldilməsi üçün proqram təminatının işlənməsi” mövzularında elmi-tədqiqat işləri aparılır.

 

Metalşünaslıq və maşın mexanikası kafedrası

Kafedra Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun nəzdində 1982-ci ildə “Maşınların konstruksiya edilməsinin əsasları” adı altında yaradılmışdır. 1998-ci ildən isə kafedranın adı dəyişdirilərək “Metalşünaslıq və maşın mexanikası”  adlandırılmışdır.

Kafedrada 1 texnika elmləri doktoru, professor, 7 texnika elmləri namizədi, dosent, 1 baş müəllim vardır.

Kafedra 4 tədris laboratoriyasına – “Maşın və mexanizmlər nəzəriyyəsi”, “Maşın hissələri və yükqaldıran maşınları”, “Metalşünaslıq və termiki emal” və “Metallar texnologiyası və inşaatda qaynağın əsasları” laboratoriyalarına malikdir.

Tədris laboratoriyaları və xüsusi mühazirə otaqları müvafiq qurğu və avadanlıqlarla təchiz edilmişdir.

Kafedrada “İnşaat maşın-mexanizmlərin dinamiki proseslərinin analizi və detalların korroziyadan mühafizəsi” mövzusu üzrə elmi iş aparılır. Maşınların, o cümlədən inşaat maşın-mexanizmlərin real konstruktiv parametrlərini, detallara təsir edən qüvvələri, istismar şəraitini nəzərə almaqla rəqsi hərəkətlər  tədqiq edilir və optimal layihələndirmə, korroziyadan mühafizə problemləri həll edilir.

“Maşınların, cihazların, aparatların dinamikası və möhkəmliyi” istiqaməti üzrə elmi kadrlar hazırlayır.

Kafedrada bakalavr və magistr hazırlığı aparılır.


Elektrotexnika və elektrik təchizatı kafedrası

 Kafedranın əsası 1951-ci ildə Azərbaycan Politexnik  İnstitutunun tərkibində qoyulmuşdur. 1960–1968-ci illərdə kafedra ”Ümumi və nəzəri elektronika” adı ilə fəaliyyət göstərmişdir.

Kafedra 1976-cı ildə yaradılmış “Elektrotexnika” kafedrasının bazasında təsis olunmuşdur. 1997-ci ildən “Elektrotexnika və elektrik təchizatı” kafedrası kimi müstəqil fəaliyyətə başlamışdır. 

Kafedrada 3 dosent, 2 baş müəllim və 1 assistent çalışır.

Kafedranın 3 tədris laboratoriyası vardır: “Elektrik maşınları”, “Elektrikölçmə” və “Ümumi elektrotexnika”.

2006–2010-cu illər üçün kafedra “Şəhər elektrik şəbəkələri” mövzusunda elmi-tədqiqat işi yerinə yetirir.

Kafedrada bakalavr və magistr hazırlığı aparılır.  

  

 Nəzəri mexanika kafedrası

 Kafedranın əsası 1920-ci ildə Azərbaycan Sənaye İnstitutunda (indiki Azərbaycan Dövlət Neft Akademiyası) qoyulmuşdur. 1975-ci ildən Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun tərkibində fəaliyyət göstərir.

Kafedrada 2 professor, 4 dosent və 3 baş müəllim fəaliyyət göstərir.

Kafedra əyani vəsaitlərlə, mexanikanın mühüm anlayışlarını əyani surətdə nümayiş etdirmək üçün modellərlə təchiz edilmişdir.

Kafedra “Elastiklik nəzəriyyəsinin çatı və bəzi defektləri nəzərə almaqla statik və dinamik məsələləri” mövzusunda dövlət büdcəsi hesabına elmi-tədqiqat işi aparır.

Kafedrada bərk cismlər və inşaat  mexanikası ixtisasları üzrə elmlər namizədi və doktoru hazırlanır.

 

Tərsimi həndəsə və mühəndis qrafikası kafedrası

Kafedranın əsası Azərbaycan Politexnik İnstitutunda qoyulmuşdur.

Kafedrada 7 dosent, 5 baş müəllim və 1 assistent çalışır.

Kafedrada “Tərsimi həndəsə” və “Mühəndis qrafikası” fənləri tədris olunur.

2006-2011-ci illər üçün kafedra “Muğan ərazisinin memarlıq-planlaşdırma inkişafı və memarlıq abidələrinin qorunması” mövzusunda elmi-tədqiqat işi yerinə yetirir.