Qəbul prosesi

Universitetimizə 2008/2009-cu tədris ili üçün qəbul planında 1100 nəfər nəzərdə tutulmuşdur. Bunlardan 610 nəfəri dövlət hesabına, 490 nəfəri isə ödənişli əsaslarladır. Planda 125 nəfər rus bölməsinə və 64 nəfər qiyabi şöbəyə nəzərdə tutulmuşdur. Diqqətinizə çatdırırıq ki, Universitetimizə rus və azərbaycan bölmələrinə müsabiqə birgə aparılır.

Universitetimizə tələbə qəbulu TQDK tərəfindən test üsulu ilə həyata keçirilir. Universitetimizdə əksər ixtisaslar əsasən I qrupa, yalnız bir ixtisas Sığorta işinin təşkili» II qrupa aiddir. Müsabiqə şərti əsasən 200 bal götürülür. I ixtisas qrupunda riyaziyyat, fizika, kimya, ana-dili və xarici dil fənlərindən test tapşırıqları verilir. I ixtisas qrupunun azərbaycan bölmələri üçün xarici dil kimi rus dilini götürmək olar. Universitetdəki ixtisaslar və bu ixtisasları bitirən mütəxəssislərin harada işləyə biləcəkləri haqda məlumat.

İstiqamətlər və ixtisaslar

Fəaliyyət dairəsi və iş yerləri

1. Memarlıq

1.1 Memarlıq»

1.2 Memarlıq mühitinin dizaynı»

1.3 Memarlıq abidələrinin bərpası və yenidən qurulması»

1.4 Bağ, park və landşaft quruculuğu»

1.5 Şəhərsalma»

Bu istiqamətin ixtisaslarına yiyələnənlər yaşayış və ictimai binaları layihələndirən və tikən memarlar, evlərin, ofislərin, sarayların bədii tərtibatlarını verən dizaynerlər, memarlıq abidələrinin bərpaçıları, istirahət yerlərində, şəhər meydanlarında və şəxsi villaların sahələrində salınan bağ, park və landşaft memarlar ola bilərlər.

Bu mütəxəssislər bütün tikinti sahələrində, şəhər və rayon icra hakimiyyətlərinin memarlıq şöbələrində, Yaşıllaşdırma departamentlərində, onların rayon şöbələrində, mebel fabriklərində, memarlıq abidələrinin bərpası idarələrində, reklam ittifaqlarında, layihə institutları və konstruktor bürolarında, özəl firma və şirkətlərdə işləyə bilərlər.

2. Dizayn

2.1 İnteryer və avadanlıqları»

2.2 Sənaye qrafikası və reklam»

Dizayn istiqaməti üzrə interyer və avadanlıqlar dizaynı və sənaye qrafikası və reklam dizaynı ixtisasları üzrə mütəxəssislər hazırlanır.

Onlar mebel fabriklərində, reklam şirkətlərində, avadanlıqlar istehsal edən müəssisələrdə, inşaat sahələrində işləyə bilərlər.

3. Mühəndis iqtisadiyyatı və idarəetmə

3.1.Tikintinin iqtisadiyyatı və idarə edilməsi»

3.2.Şəhər tikintisi və təsərrüfatının iqtisadiyyatı və idarə edilməsi»

3.3. Marketinq»

3.4. Menecment»

3.5. Biznesin təşkili və idarə edilməsi»

Mühəndis iqtisadiyyatı və idarəetmə» istiqaməti üzrə tikinti və tikinti materialları sənayesinin iqtisadiyyatı, istehsal və xidmət sahələrinin planlaşdırılması, menecment (inşaat sahəsi və strukturlarını idarə edən), marketinq (inşaat məhsulları bazarının kompleks tədqiqi və qiymətləndirilməsi) üzrə mütəxəssislər hazırlanır.

Bu mütəxəssislər İqtisadi İnkişaf Nazirliyində, Maliyyə Nazirliyində, Vergilər Nazirliyində, banklarda, layihələndirmə institutlarında, Statistika Komitəsində, müxtəlif firma və şirkətlərdə işləyə bilərlər.

4. Ümumi iqtisadiyyat

4.1. Sığorta işinin təşkili»

Universitetimizdə yeni açılmış bu istiqamətdə əmlakların, avadanlıqların, qurğuların və digər fəaliyyət sahələrinin müxtəlif hadisələrdən sığortalanması işləri üzrə mütəxəssislər hazırlanır.

Hazırlanan mütəxəssislər İqtisadi İnkişaf Nazirliyində, vegilər Nazirliyində, banklarda, dövlət və özəl sığorta müəssisələrində işləyə bilərlər.

5.Nəqliyyat tikintisi

5.1 Avtomobil yolları və aerodromların tikintisi»

5.2 Dəmir yolu tikintisi və təsərrüfatı»

5.3 Körpülər və nəqliyyat tunellərinin tikintisi»

Nəqliyyat tikintisi» istiqamətində vahid nəqliyyat sisteminin ayrılmaz hissəsi olan avtomobil və dəmir yollarının, körpülərin, tunellərin və aerodromların layihələndirilməsi, tikintisi və istismarı üzrə inşaatçı kadrları hazırlanır.

Hazırlanan mütəxəssislər Azərbaycan Dövlət Dəmir yolu, Azəravtoyol» Dövlət şirkəti, Azərbaycan Hava yolları, Bakı metropoliteni, tarixi İpək yolu»nun bərpasında iştirak edən xarici şirkətlərdə və s. işləyə bilərlər.

6.Yerüstü nəqliyyat vasitələri
və nəqliyyatın istismarı

6.1 Yol hərəkətinin təşkili»

İstiqamət üzrə yol hərəkətinin təşkili və təhlükəsizliyini təmin edən mütəxəssislər hazırlanır.

Bu mütəxəssislər əsasən Azərbaycan Avtonəqliyyat Dövlət Konserni»ndə, Dövlət Yol Polisində, Azəravtoyol» Dövlət şirkətində işləyə bilərlər.

7.Geodeziya və xəritəçilik
7.1 Tətbiqi geodeziya»

Geodeziya və xəritəçilik» istiqamətində mülki, sənaye, hidrotexniki tikililərin, yolların və tunellərin, mühəndis qurğularının layihələndirilməsi, yer üzərinə köçürülməsi, tikilməsi, istismarı zamanı aparılan geodeziya işləri üzrə mütəxəssislər hazırlanır.

Onlar Azərbaycan Torpaq və Xəritəçəkmə Komitəsində, o cümlədən bu komitənin nəzdində olan rayon və şəhər torpaq şöbələrində, İqtisadi İnkişaf Nazirliyində, torpaqların istifadəyə və icarəyə verilməsinə aid müvafiq idarələrində, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin torpaqların mühafizəsinə aid müvafiq müfəttişliklərində işləyə bilərlər.

8. Yer quruluşu və yer kadastrı
8.1 Şəhər kadastrı»
Universitetimizdə yeni açılmış bu istiqamətdə şəhər torpaqlarının, daşınmaz əmlakların, ticarət mərkəzlərinin, mühəndis qurğularının sahəsinin dəqiq qeydə alınması, qiymətləndirilməsi və effektli istifadə olunması
9.İnşaat
9.1.Sənaye və mülki tikinti»
9.2. Hidrotexniki tikinti»
9.3. Şəhər bələdiyyə tikintisi və təsərrüfatı»
9.4. Meliorasiya-mühəndis sistemlərinin tikintisi»

İnşaat istiqaməti üzrə sənaye və mülki tikinti, su-elektrik stansıyaları, liman və liman qurğuları və meliorasiya-mühəndis sistemlərinin tikintisi, şəhər və bələdiyyə tikintisi və istismarı sahəsində çalışan mütəxəssislər hazırlanır.

Hazırlanan mütəxəssislər sənaye və mülki tikintidə, evtikmə kombinatlarında, şəhər və rayon bələdiyyələrində, Su Təsərrüfatı və Meliorasiya Komitəsində, Su-Elektrik Stansiyalarında, limanlarda, layihə institutlarında, konstruktor bürolarında, özəl firma və şirkətlərdə işləyə bilərlər.

10.Neft-qaz sənayesində mühəndisi qurğuların tikintisi
10.1. Dəniz neft-qaz hidrotexniki qurğuların tikintisi»

Universitetimizdə yeni açılmış bu istiqamətdə dənizdə neft və qaz istehsalı üçün lazım olan hidrotexniki qurğuların tikintisi üzrə mütəxəssislər hazırlanır.

Onlar Azərbaycan Dövlət Neft Şirkətində və bütün neft-qaz sənayesi komplekslərində işləyə bilərlər.

11.Mühəndis sistemlərinin və qurğularının tikintisi
11.1İstilik–qaz təchizatı və ventilyasiya»
11.2.Su təchizatı və su ayırma» ixtisasları daxildir.

Bu istiqamət üzrə sənaye və mülki tikintilərin istilik-qaz, su təchizatı və ventilyasiya, kanalizasiya sistemlərinin quraşdırılması və istismarı ilə məşğul olan mütəxəssislər hazırlanır.

Bu mütəxəssislər sənaye və mülki tikintinin bütün sahələrində, şəhər kommunal təsərrüfatının müxtəlif sahələrində, elmi-tədqiqat və layihələndirmə institutlarında, özəl firma və şirkətlərdə işləyə bilərlər.

12.Tikinti materialları və məmulatlarının texnologiyası
12.1Tikinti materialları, məmulatları və konstruksiyaları istehsalı»

Tikinti materialları və məmulatlarının texnologiyası» istiqaməti üzrə tikintidə, mebel sənayesində istifadə olunan material və məmulatların, konstruksiyaların istehsalı və alınma texnologiyası ilə məşğul olan mütəxəssislər hazırlanır.

Hazırlanan mütəxəssislər tikinti materialları və məmulatlarının istehsalı ilə məşğul olan müəssisələrdə, Qaradağ Sement Səhmdar Cəmiyyətində, əhəng və gips istehsalı zavodlarında, Sumqayıt Şüşə zavodunda, Azbest-sement məmulatları zavodunda, kərpic və keramika məmulatları müəssisələrində, mebel fabriklərində, layihə institutlarında və konstruktor bürolarında işləyə bilərlər.

13.Materialşünaslıq və yeni materiallar texnologiyası.
13.1Materialşünaslıq və yeni materiallar texnologiyası (inşaatda)»

Bu istiqamət üzrə inşaat materiallarının xassələrinin öyrənilməsi və yeni materialların alınma texnologiyası ilə məşğul olan mütəxəssislər hazırlanır.

Həmin mütəxəssislər tikinti materialları və məmulatlarının istehsalı ilə məşğul olan müəssisələrdə, Qaradağ Sement Səhmdar Cəmiyyətində, Sumqayıt Şüşə zavodunda, Azbest-sement məmulatları zavodunda, layihə institutlarında və konstruktor bürolarında işləyə bilərlər.

14.Materiallar fizikası.
14.1.Materiallar fizikası (inşaatda)»

Bu istiqamət üzrə inşaat materiallarının xassələrini, alınma texnologiyasını və texnoloji prosesə nəzarətin fiziki əsaslarını öyrənən mütəxəssislər hazırlanır.

Bu mütəxəssislər Polad-tökmə zavodlarında, evtikmə kombinatlarında, elmi-tədqiqat institutlarında işləyə bilərlər.

15.Mexanikləşdirmə və avtomatlaşdırma
15.1. Mexanikləşdirmə və avtomatlaşdırma (inşaatda)»
15.2. Hidrotexniki və meliorasiya mühəndis sistemlərinin tikinti işlərinin mexanikləşdirilməsi»

İstiqamət üzrə inşaatın və tikinti materialları istehsalı müəssisələrinin mexanikləşdirilməsi və avtomatlaşdırılması, hidrotexniki və meliorasiya mühəndis sistemləri tikintisi işlərinin mexanikləşdirilməsi üzrə mütəxəssislər hazırlanır.

Bu mütəxəssislər sənaye və mülki tikintilərinin mexanikləşdirilməsində müxtəlif təyinatlı yolların salınmasında, İpək yolu»nun çəkilməsində, su təsərrüfatı və meliorasiya komitəsi və onların rayon şöbələrində işləyə bilərlər.

16.Energetika və enerji maşınqayırması
16.1.Tikinti və tikinti materialları sənayesi müəssisələrinin elektrik təchizatı»

Bu istiqamət üzrə tikinti obyektlərinin, tikinti materialları istehsal edən sənaye müəssisələrinin elektrik təchizatı ilə məşğul olan mütəxəssislər hazırlanır.

Hazırlanan mütəxəssislər tikinti və tikinti materialları sənaye müəssisələrində, Azərenerji Səhmdar Cəmiyyətində işləyə bilərlər.

17.Avtomatika və idarəetmə.
17.1.Texniki sistemlərdə idarəetmə və informatika»
17.2 İnşaatda texnoloji proseslərin və istehsalların avtomatlaşdırılması»

Avtomatika və idarəetmə» istiqamətinə daxil olan ixtisaslar inşaatda avtomatlaşdırılmış idarəetmə sistemlərinin layihələndirilməsi, istehsal və istismarı, onların proqramlaşdırılması üçün yüksək ixtisaslı mütəxəssislər hazırlanır.

Bu mütəxəssislər inşaatın bütün sahələrində, Sənaye avtomatikası» istehsalat birliklərinin müəssisələrində, idarəetmə sistemlərinin layihələndirilməsi, istehsalı və istismarı ilə bağlı elmi-tədqiqat, layihə-konstruktor qurumlarında, özəl firma və şirkətlərdə işləyə bilərlər.

18. İnformasiya sistemləri
18.1 İnformasiya sistemləri»

Universitetimizdə yeni açılmış bu istiqamətdə informasiya texnologiyası və sistemləri üzrə mütəxəssislər hazırlanır.

Həmin mütəxəssislər respublikamızda fəaliyyət göstərən dövlət və özəl müəssisələrdə işləyə bilərlər.

19.Texnoloji maşınlar və avadanlıqlar.
19.1İnşaat-yol maşınları və avadanlıqları»
19.2.Tikinti materialları sənayesi müəssisələrinin maşın və avadanlıqları»
19.3.Qaldırıcı nəqliyyat maşınları və avadanlıqları»

Bu istiqamət üzrə inşaat-yol maşın və avadanlıqları, tikinti sənayesi müəssisələrinin maşın və avadanlıqları, qaldırıcı maşınlar və avadanlıqlar sahəsində işləyən mütəxəssislər hazırlanır.

Hazırlanan mütəxəssislər sənaye və mülki tikintidə, evtikmə kombinatlarında, maşın istehsalı müəssisələrində, layihələndirmə və konstruktor bürolarında AzETHM elmi istehsalat birliyində işləyə bilərlər

20.Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi
20.1Ətraf mühitin mühəndis mühafizəsi (sahələr üzrə)»

Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi» istiqamətində inşaat kompleksində və texnoloji proseslərin icrasında mühafizənin təşkili üzrə mütəxəssislər hazırlanır.

Həmin mütəxəssislər tikinti və tikinti məmulatlarının istehsalı ilə məşğul olan müəssisələrdə işləyə bilərlər.

21.Ekologiya və təbiətdən istifadə.
21.1.Su ehtiyatlarının mühafizəsi və kompleks istifadəsi»
21.2. Meliorasiya, rekultivasiya və torpaq mühafizəsi»

Ekologiya və təbiətdən istifadə» istiqaməti üzrə su ehtiyatlarının mühafizəsi və kompleks istifadəsi, meliorasiya, rekultivasiya və torpaq mühafizəsi, onun ətraf mühitə təsirini öyrənən mütəxəssis-ekoloqlar hazırlanır.

Onlar mütəxəssislər Ekologiya və Təbii Sərvətlər Nazirliyi və onun şöbələrində, Abşeron-su Səhmdar Cəmiyyətində işləyə bilərlər.

22.Daşınmaz əmlakın idarə olunması və ekspertizası
22.1. Daşınmaz əmlakın idarə olunması və ekspertizası» (sahələr üzrə)

Yeni açılmış bu istiqamətdə şəhər və rayonlar üçün daşınmaz əmlakın idarəolunması və ekspertizası, qiymətləndirilməsi və effektli istifadə olunması üzrə tələbolunan mütəxəssislər hazırlanır.

Onlar ekspertkimi Azərbaycan Resublikası Maliyyə Nazirliyində, Fövqəladə Hallar Nazirliyində, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində, Daşınmaz əmlakın dövlət reyestri xidmətində işləyə bilərlər.

23. Meşə təsərrüfatı və meşə ehtiyatlarının bərpası.
23.1. Ağac emalı texnologiyası»
 
 
Diqqət! Diqqət! Universitetimizdəki Memarlıq» və Dizayn» ixtisaslarını seçən abituriyentlərin nəzərinə!

Bu ildən sənəd qəbulu internetlə həyata keçirildiyindən qabiliyyət imtahanlarının keçirilməsində dəyişikliklər aparılıcaq. Belə ki, abituriyent internet vasitəsilə I qrupu göstərməklə sənəd verdikdən sonra TQDK tərəfindən yaradılmış müvafiq Qabiliyyət İmtahanı komissiyalarına (QİK) tələb olunan sənədləri və yaradıcılıq fəaliyyətlərinə dair işləri (rəsm və rəsmxətdən, hər birindən ən azı 5 iş olmaqla) təqdim edirlər. QİK-də abituriyentlərin seçdikləri xüsusi qabiliyyət tələb edən ixtisaslara yararlılığı yoxlanılır və onlar qeydiyyata alınır. Qeydiyyata alınmış abituriyentlər müəyyən edilmiş cədvəl üzrə TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən qabiliyyət imtahanlarında iştirak edirlər.

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə abituriyentlərin qabiliyyət imtahanlarında topladığı orta bal əsasında aparılır. Orta balı eyni olan iki və daha çox abituriyentin hamısını qəbul planı çərçivəsində yerləşdirmək mümkün olmadıqda, aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilər nəzərə alınır.
    • abiturientin test imtahanında topladığı ümumi bal;
    • abituriyentin qabiliyyət imtahanında ixtisas fənnindən topladığı bal;
    • test imtahanının bütün fənləri üzrə bütövlükdə abituriyentin düzgün cavablarının sayı.
Xüsusi qabiliyyət tələb edən ixtisasları ərizələrində yalnız qabiliyyət imtahanından müvəffəq qiymət alan abituriyentlər göstərə bilərlər.

Abituriyentlərə xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, həmin ixtisas qrupuna daxil olan digər ixtisasları seçmək imkanı verilir.

Qabiliyyət imtahanlarına hazırlaşmaq məqsədilə Universitetimizdə hazırlıq kursları təşkil olunur. Burada rəsm və rəsmxətdən Universitetimizin qabaqcıl müəllimləri dərs deyirlər.

Əlaqə telefonumuz 439-54-48.

Əziz abituriyentlər!

Sizə qarşıdan gələn qəbul imtahanlarında müvəffəqiyyətlər arzulayır və sizi Universitetimizin tələbələri kimi görmək istəyirik.

Əlaqə telefonumuz 438-94-63